Ümumi işlər və kadrlar şöbəsi

Ümumi müddəalar.
1. “Ümumi işlər və kadrlar” şöbəsi "Naxçıvan" Universitetinin struktur bölməsi olmaqla universitetin vəzifə bölgüsünə əsasən “Ümumi işlər və kadrlar şöbə” müdirinə və operativ olaraq rektora tabedir.
2. “Ümumi işlər və kadrlar” şöbəsi fəaliyyətində rəhbər tutur:
   - Azərbaycan Respublikasının Əmək Məcəlləsini;
   - Azərbaycan Respublikasının müvafiq qanunlarını;
   - "Naxçıvan" Universitetinin Nizamnaməsini;
   - Hazırkı əsasnaməni;
 II “Ümumi işlər və kadrlar” şöbəsinin funksiyaları.
2.1 Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və rektorun      əmrlərinə müvafiq olaraq işçilərin qəbulu, köçürulməsi və işdən azad edilmələrinin vaxtında rəsmiləşdirilməsi və həyata keçirilməsi.
2.2 İşçilərin şəxsi işlərinin hazırlanması və əmək fəaliyyətilə bağlı dəyişikliklərin edilməsi.
2.3 Əmək stajının hesablanması və kadrlar üçün müəyyən edilmiş sənədlərin hazırlanması.
2.4 Əmək kitabçalarının qəbulu, saxlanılması, qeydiyyatı və işdən çıxan işçilərə təqdim edilməsi, həmçinin əmək kitabçalarında vaxtlı-vaxtında müvafiq qeydlərin (yazılar) aparılması;
2.5 Tabel uçotu. Aylıq statistika blanklarının tərtib edilməsi.
2.6 İşçilərin əmək fəaliyyətlərinə dair arayışların və xasiyyətnamələrin verilməsi.
2.7 Məzuniyyət qrafikinin hazırlanması, işçilərin istifadə etdiyi məzuniyyətlərin siyahıya alınması, təsdiq edilmiş cədvələ müvafiq olaraq növbəti və əlavə məzuniyyətlərin rəsmiləşdirilməsi.
2.8 Ezamiyyətlərin rəsmiləşdirilməsi və siyahıya alınması.
2.9 Kadrların cari vəziyyətinin analizi.
2.10 Kadrlarla iş sahəsində ölkədaxili və beynəlxalq təcrübəni öyrənmək, ümumiləşdirmək və tətbiq etmək;
 2.11 Kargüzarlıqla əlaqədar sənədləşmə işlərinin icrasına nəzarət.
2.12 Vətəndaşların ərizələri və poçt xidməti ilə daxil olan məktubların qeydiyyatdan keçirilərək rektorun dərkənarı əsasında təqdim olunması.
2.13 Məktubların hazırlanması , nümunəvi blanklarda çıxarılıb qeydiyyatdan keçirilməsi və poçtla göndərilməsi.
2.14 Universitet üzrə  tələbə tərkibinə dair əmrlərin rəhbərliyin imzasından sonra şöbədə qeydiyyatdan keçirilərək aidiyyatı strukturlara paylanılması .
2.15 Tələbə tərkibinə aid arayışların qeydiyyatdan keçirilməsi.
2.16 Müəyyən olunmuş müddət bitdikdən sonra sənədlərin arxivə təhvil verilməsi üçün hazırlanması.
2.17 Şöbənin işçiləri əməkdaşların işgüzar keyfiyyətlərini qiymətləndirdikləri zaman yalnız rəsmi alınmış məlumat və materiallara əsaslanmalıdırlar.
III  Qarşılıqlı Əlaqələr (Xidməti Münasibətlər)
3.1. “Ümumi işlər və kadrlar” şöbəsi öz funksiyalarını və hüquqlarını həyata keçirmək üçün qarşılıqlı əlaqələrdədir:
3.2 Təşkilatın bütün struktur bölmələrindən alır:
- Əmrlərin hazırlanması üçün verilən təqdimatları;
- Məzuniyyət cədvəlinin tərtibi haqqında təklifləri;
- İşçilərin əmək qabiliyyəti olmamaq vərəqələrini;
3.3 Universitetin müvafiq struktur bölmələrinə təqdim edir:
- İşçilərin işə qəbul, işdən azad olunma, başqa vəzifəyə keçirilmə əmrlərinin surətlərini.
- Şöbələrə aidiyyatı olan, təsdiq edilmiş məzuniyyət cədvəlini;
- Tələbə tərkibinə dair əmrlərin surətlərini.
IV Şöbənin məsuliyyəti.
4.1 Mövcud Əsasnamədə nəzərdə tutulmuş şöbənin funksiyalarının vaxtında yerinə yetirilməsinə görə tam məsuliyyət “Ümumi işlər və kadrlar” şöbəsi müdirinin üzərinə düşür.
4.2 “Ümumi işlər və kadrlar” şöbə müdiri aşağıda göstərilənlərə görə şəxsi məsuliyyət daşıyır:
- Şöbə üzərinə düşən tapşırıq və funksiyaların yerinə yetirilməsi üzrə şöbənin fəaliyyətinin təşkili;
- Şöbədə sənədlərin operativ, keyfiyyətli hazırlanması və yerinə yetirilməsi, qüvvədə olan qayda və təlimatlara uyğun müvafiq kargüzarlıq işinin aparılmasının təşkili;
- Şöbə əməkdaşları tərəfindən əmək intizamı qaydalarına riayət edilməsi;
- Şöbədə olan əmlakın qorunmasının təmini və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi.

Şöbənin tərkibi

1. Ellada Zülfuqar qızı Səfərova     - Ümumi işlər və kadrlar şöbə müdiri
2. Cəmilə Məmməd qızı Mehdiyeva -  Arxivçi
3. Pəri Əsgər qızı Xudaverdiyeva   -  Kadr üzrə İnspektor
4. Səbinə Fazil qızı Abbasova        -  Komputerçi
5. Əminə Hüseyn qızı  Əliyeva      -   Elektron sənədlər üzrə mütəxəssis