Mühasibat şöbəsi

Mühasibatlıq şöbəsi universitet yarandığı gündən fəaliyyət göstərir. Mühasibatlıq universitetin inkişaf edərək genişlənməsi nəticəsində mühasibatın bütün sahələrini əhatə etmiş bir maliyyə uçot strukturuna çevrilir.
Mühasibatlıq 3 işçi heyəti ilə aşağıdakı funksiyaları həyata keçirir.

1. Əmək haqqı bölməsi.
   Bu sahədə Universitetin Professor müəllim heyətinə, inzibati idarəetmə heyətinə əmək haqqının hesablanması və ödənilməsində ən müasir metodları tətbiq edir.
2. Hesabat bölməsi.
   Bu bölmədə vaxtlı vaxtında hesabatlar hesablanır, aidiyyatı üzrə təşkilatlara göndərilir.
3. Tələbə bölməsi.
   Bu bölmədə tələbələrin təhsil haqlarının vaxtlı vaxtında ödənilməsinə nəzarət edilir. Həmçinin güzəştə düşən tələbələrin güzəştlərinin hesablanması həyata keçirilir.

Tələbələrin təhsil haqqları aşağıdakı kimidir:
Əyani tələbələrin təhsil haqları

Azərbaycan dili və Ədəbiyyat  müəl.   1500 manat
Xaric dil (İngilis)  müəllimliyi              1600 manat
Tarix müəllimliyi                               1500 manat
Riyaziyyat İnformatika müəl.              1600 manat
İnformatika  müəllimliyi                     1500 manat
Coğrafiya  müəllimliyi                        1600 manat
İqtisadiyyat                                      1500 manat
Maliyyə                                            1500 manat
Mühasibat uçotu və audit                   1500 manat
Menecment                                      1500 manat

Biznesin idarə edilməsi                       1500 manat
Turizim və Otelçilik                            1500 manat
Dinşünaslıq                                       1500 manat
Beynəlxalq münasibətlər                     1500 manat
Filologiya (alman dili və ədəbiyyatı)      1600 manat
 
Qiyabi tələbələrin təhsil haqları

Azərbaycan dili və Ədəbiyyat             – 1200 manat
İqtisadiyyat                                      –1200 manat
Xaric dil (İngilis)                              – 1200 manat
 Universitetdə təhsil alan tələbələrə bəzi güzəştlər edilir. 500 baldan yuxarı toplayan tələbələr 100%, 450-499 bal toplayan tələbələr 75%, 400-449 bal toplayan tələbələr 25% güzəştə düşürlər.
4. Kredit bölməsi
    Bu bölmə krediti olan tələbələrin kreditlərini hesablayır və ödənilməsinə nəzarət edir.
5. Əsas vəsaitlərin uçotu bölməsi
  Bu bölmə üzrə universitetdə uçotda duran əsas vəsaitlərin, kitabxana fondunun, azqiymətli və tezköhnələn avadanlıqların uçotu aparılır. İllər üzrə əsas vəsaitləri inventarizasiyası və amortarizasiyası aparılır.
  Ölkədə təhsilin inkişafı ilə bağlı olan iqtisadi mexanizmlərin, o cümlədən Azərbaycan Respublikasının Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 saylı fərmanına və Azərbaycan Respublikasının Nazirlər Kabineti 2010-cu il 25 iyun tarixli 120 saylı qərarına əsasən Azərbaycan Respublikasında Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin universitetdə səmərəli tədbiqinə digər qurumlarla yanaşı mühasibatlıqda maliyyə uçotu bölməsi kimi öz töhfələrini verməkdədir.

Mühasibat şöbəsinin əməkdaşları

1. Xəyal Valeh oğlu Heydərov
2. Zinyət Mikayıl qızı İsmayılova
3. Günay Musa qızı Məmmədova

e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.