Vüqar Ələkbərov

Vüqar Heydər oğlu Ələkbərov 20.03.1985-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1991-ci ildə Naxçıvan şəhər Hüseyn Cavid  adına 5№-li orta məktəbin I sinfinə daxil olmuş, 2002-ci ildə həmin məktəbi bitirmişdir. 2002-ci ildə Naxçıvan Özəl Universiteti indiki adıyla “Naxçıvan” Universitetinin Xarici dil (İngilis) ixtisasına daxil olmuş, 2006 cı ildə həmin universiteti bitirmişdir. Universitetdə təhsil aldığı müddətdə 2005-2006-cı illərdə Naxçıvan Komputer Təlim-Tədris və İnternet Mərkəzində komputer kursu keçib, diplom almışdır.  2007-2013-cü illərdə Babək rayonunda ingilis dili müəllimi işləmişdir. 2013-cü ildən “Naxçıvan” Universitetində Rektor Köməkçisi vəzifəsində çalışır. Universitetdə çalışdığı müddətdə 2013-cü ildə Kuzey Kıbrıs Türk Cumhuriyetinin (KKTC) Qazimağusa şəhərində  yerləşən Doğu Akdeniz Universitetində (University Curriculum Development İnternational Accreditations 2013)  kurs keçib, sertifikat almışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.