"Naxçıvan" Universitetinin Rektoru

  "Naxçıvan" Universiteti sovet imperiyasının süqutundan sonra müstəqilliyini bərpa etmiş Azərbaycan Dövlətçiliyinin yetirməsidir.
Müstəqilliyin qorunması, Vətənin bütövlüyünün bərpası, milli dəyərlərə sahib çıxıb öyrənilməsi, inkişaf etmiş ölkələrlə yanaşı durmaq hüququmuzun təminatı üçün yüksək ixtisaslı kadrlar hazırlanması qarşıya qoyduğumuz əsas məqsəddir.
   Ciddi təhsil strukturuna malik olan universitetdə mövcud imkanlar bu məqsədə nail olmağımızın əsas şərtidir. Bu imkanlar sırasında universitetə göstərilən yüksək Dövlət qayğısını, universitetdə yaradılmış yüksək tədris intizamını, professor-müəllim heyətinin daim yüksək ixtisaslı kadrlarla zənginləşməsini, tələbələrdə yüksək təlim maraqlarının mövcudluğunu, təlim prosesinin ən yeni İKT ilə təchizini və s. göstərmək olar. Universitetdə tətbiq edilən kreditli tədris sistemi təhsilin keyfiyyətinin yüksəlməsinə, tələbələrin hamısının İKT-dən istifadə və xarici dil öyrənmələrinə zəmin yaratmışdır. Məzunlarımızın ölkənin sosial-iqtisadi həyatında fəal iştirakını, Vətənimizi və Millətimizi dünyanın bir çox ölkələrində ləyaqətlə təmsil etmələrini isə ən böyük uğurumuz kimi qəbul edirik".
  İsmayıl İsrafil oğlu Əliyev 1950-ci ildə Babək rayonunun Təzəkənd kəndində anadan olmuşdur.
1957-ci ildə Naxçıvan şəhər 1 №-li orta məktəbin I sinifinə daxil olmuş, 1967-ci ildə həmin məktəbin X sinfini bitirmiş,  1968-ci ilin sentyabr ayınadək həmin məktəbdə laborant vəzifəsində işləmişdir.
1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan Filialının dil-ədəbiyyat fakültəsinə daxil olmuş, 1972-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.
1972-1973-cü illlərdə 32 №-li Texniki-peşə məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir.
1973-cü ilin mart ayından Naxçıvan Dövlət Pedaqoji İnstitutu (indiki Naxçıvan Dövlət Universiteti) pedaqogika kafedrasında əvvəlcə pedaqoji təcrübə üzrə inspektor, sonradan assistent, müəllim, baş müəllim, dosent, kafedra müdiri, tarix-filologiya fakültə dekanının müavini vəzifəsində işləmişdir.
1988-ci ildə namizədlik, 2003-cü ildə doktorluq dissertasiyaları müdafiə etmişdir.
2002-ci ildə ABŞ Bioqrafiya İnstitutu tərəfindən ilin adamı seçilmişdir.
2005-ci ildən Naxçıvan Dövlət Universiteti pedaqogika və psixologiya kafedrasının professorudur.
"Naxçıvan" Universitetinin rektorudur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.
Evlidir, dörd övladı var.

Kitabları

1. AZƏRBAYCAN ETNOPEDAQOGİKASI (MAGİSTR HAZIRLIĞI ÜÇÜN DƏRS VƏSAİTİ)
Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurasının «Pedaqogika və psixologiya» bölməsinin 18 mart 2005-ci il tarixli iclasının (protokol № 05) qərarı ilə magistr hazırlığı üçün təsdiq olunmuş proqrama uyğun hazırlanmışdır.
Dərs vəsaitində etnopedaqogikanın mövzusu və vəzifələri, xalqın pedaqoji mədəniyyətinin mahiyyəti, xalq tərbiyəsinin üsulları və vasitələri kimi məsələlər öz əksini tapmışdır.
Vəsait magistrantlar, ali məktəb müəllimləri və gənc tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.
2. İBTİDAİ  TƏHSİLİN PEDAQOGİKASI (MÜHAZİRƏLƏR XÜLASƏSİ)
 Dərs vəsaiti ali məktəblərin bakalavriat səviyyəsində tədris olu­­­nan “İbtidai təhsilin pedaqogikası ”fənninin tədris proqramına mü­­­vafiq hazırlanmış mühazirələr xülasəsindən ibarətdir. Kitabda pe­­­da­qogikaya dair fundamental biliklərin asan və tez mənim­sə­ni­l­mə­­­si, tələbələrin imtahana hazırlığının səmərəliliyinin yüksəldil­məsi üçün çoxsayılı cədvəllər və qrafiklərdən istifadə olunmuşdur. Mü­ha­­­zi­rəçi-müəllimlərin istifadəsi üçün əsərin tam mətninin elektron va­riantı da kitaba əlavə olunmuşdur.
Vəsait ali məktəb müəllimləri, tələbələr və tədqiqatçılar üçün nə­zərdə tutulmuşdur.
3.Ümumtəhsil məktəblərində etnopedaqoji materiallarından istifadənin nəzəri və əməli məsələləri.
4.Divanü- lüğat it Tük" də atalar sözləri  (Türkcə variantı)

AZƏRBAYCAN ETNOPEDAQOGİKASI (MAGİSTR HAZIRLIĞI ÜÇÜN DƏRS VƏSAİTİ)

    Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurasının «Pedaqogika və psixologiya» bölməsinin 18 mart 2005-ci il tarixli iclasının (protokol № 05) qərarı ilə magistr hazırlığı üçün təsdiq olunmuş proqrama uyğun hazırlanmışdır.
    Dərs vəsaitində etnopedaqogikanın mövzusu və vəzifələri, xalqın pedaqoji mədəniyyətinin mahiyyəti, xalq tərbiyəsinin üsulları və vasitələri kimi məsələlər öz əksini tapmışdır.
   Vəsait magistrantlar, ali məktəb müəllimləri və gənc tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.

 

 

İBTİDAİ  TƏHSİLİN PEDAQOGİKASI

    Dərs  vəsaiti ali məktəblərin bakalavriat səviyyəsində tədris olu­­­nan “İbtidai təhsilin pedaqogikası ”fənninin tədris proqramına mü­­­vafiq hazırlanmış mühazirələr xülasəsindən ibarətdir. Kitabda pe­­­da­qogikaya dair fundamental biliklərin  asan və tez mənim­sə­ni­l­mə­­­si, tələbələrin imtahana hazırlığının səmərəliliyinin yüksəldil­məsi üçün çoxsayılı cədvəllər və qrafiklərdən istifadə olunmuşdur. Mü­ha­­­zi­rəçi-müəllimlərin  istifadəsi üçün əsərin tam mətninin elektron va­riantı da kitaba əlavə olunmuşdur.
   Vəsait ali məktəb müəllimləri, tələbələr və tədqiqatçılar üçün nə­zərdə tutulmuşdur.

 

 

 

 

e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.