Tərbiyə işləri üzrə prorektor

Yusifov Əli Səməd oğlu 1941-ci ilin noyabr ayının 26-da Naxçıvan şəhərində anadan olumuşdur. 1948-ci ildə Naxçıvan şəhər 4№-li orta məktəbin 1-ci sinfinə daxil olub.
1958-ci ildə 2№-li orta məktəbin 10-cu sinfini bitirib.1958-1961-ci illərdə tikinti işlərində çalışıb, daha sonra keçmiş sovet ordusuna həqiqi hərbi xidmətə çağırılıb. 1966-ci ilin sonunda ordudan tərxis olunub.1967-ci ilin fevralından 1973-cü ilin iyulunadək Naxçıvan MSSR Mülkü Müdafiə sistemində çalışıb və Naxçıvan MSSR MM Kurslarının rəisi vəzifəsindən ixtisarla əlaqədar işdən azad edilib. 1973-1992-ci illərdə Naxçıvan şəhərindəki Hüseyn Cavid adına 5№-li orta məktəbdə müəllim işləyib. 1992-ci ildən 1995-ci ilin aprelinədək Naxçıvan şəhər "Xanım qızlar" lisseyində müəllim, direktor müavini, direktor vəzifələrində çalışıb.1997-ci ilin sentyabrından Naxçıvan Dövlət Universitetinin Tarix filologiya fakültəsinin "Ümumi tarix" kafedrasının müəllimi və baş müəllimi vəzifəsində işləyib. 2007-ci ilin sentyabrından həm də Naxçıvan Özəl Universitetində əvvəlcə dekan müavini, hazırda isə Humanitar məsələlər üzrə prorektor vəzifəsində çalışır. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 2015-ci il oktyabrın 6-da Naxçıvan Dövlət Tarix Muzeyində keçirilən "Kitabi -Dədə Qorqudun alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyi" nə həsr olunmuş konfransda iştirak etmişdir. 12 elmi məqaləsi vardır.  Məqalələri Türkiyə, Rusiya və Misirdə çap olunub, 2 kitabın redaktoru olub. İran İslam Respublikası, Türkiyə Respublikası və Naxçıvanda bir sıra elmi konfranslarda iştirak və çıxışlar edib.

e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.