"Naxçıvan" Universitetinin Elmi Şurası haqqında əsasnamə

 1. "Naxçıvan"  Universitetində ümumi rəhbərlik seçkili səlahiyyətli orqan - rektorun başçılıq etdiyi - Elmi Şura tərəfindən həyata keçirilir. Elmi Şuranın səlahiyyət müddəti üç ildir. Elmi Şuranın vaxtından əvvəl yenidən seçilməsi onun üzvlərinin ən azı 2/3 hissəsinin tələbi ilə həyata keçirilə bilər.
2. Tutduqları vəzifələrinə görə Elmi Şuraya Universitetin tədris işləri üzrə prorektoru (sədr müavini), digər prorektorlar, elmi katib, fakültə dekanları, həmkarlar təşkilatının sədri daxil olur. Elmi Şuranın digər üzvləri Universitetin elmi dərəcəsi və elmi adı olan professor-müəllim heyətinin ümumi iclasında gizli səsvermə yolu ilə seçilir. Bundan əlavə Elmi Şuranın tərkibinin 10 -a qədəri universitetin rektoru tərəfindən ümumi saya əlavə olaraq təyin edilə bilər (Naxçıvan  Universiteti daxilindən və Universitetin fəaliyyəti ilə bağlı olan digər sahələrdən, elmi-tədqiqat müəssisələrindən alimlər və aparıcı mütəxəssislər).
3. Elmi Şuranın tərkibi və səlahiyyət müddəti Universitetin rektoru tərəfindən təsdiq edilir.
4. Naxçıvan Universitetinin Elmi Şurası:
- hər il universitetin fəaliyyəti barəsində rektorun hesabatını dinləyir;
- fakültələrin və universitetin digər bölmələrinin yaradılması, ləğvi barəsində məsələləri həll edir;
- tədris planlarının və proqramlarının layihələrinə baxır;
- elmi-tədqiqat işlərini, tərbiyə işlərini və ixtisas artırma planlarını müzakirə edir;
- dərsliklərin, tədris vəsaitlərinin və digər elmi və elmi-metodik ədəbiyyatın hazırlanması və nəşri məsələlərinə baxır;
- kafedra müdirlərini seçir və onların vaxtından əvvəl azad olunmaları məsələlərini həll edir;
- müstəsna hallarda rektorun qərarı ilə fakültə dekanlarını seçir və onların vaxtından əvvəl azad olunmaları məsələlərini həll edir;
- müəyyən olunmuş qaydada professor-müəllim vəzifələrini tutmaq üçün müsabiqələr keçirir;
- Universitetin inkişafının perspektiv planına və illik planlarına baxır, maliyyə və təsərrüfat fəaliyyət nəticələrini müzakirə edir;
- Universitetin fəaliyyəti ilə bağlı olan digər məsələləri həll edir.
5. Elmi Şura tədris ili və hər semestr üçün nəzərdə tutulmuş plan üzrə işləyir. Elmi Şuranın planları şurada müzakirə edilir və rektor tərəfindən təsdiq edilir.
6. Tədris və elmi işlər üzrə bütün məsələlər Elmi Şuranın qərarı açıq səsvermə, sadə səs çoxluğu ilə qəbul edilir. Professor-müəllim heyətinin vəzifələrini tutmaq üçün keçirilən müsabiqə zamanı, fakültələrin dekanlarını seçdikdə gizli səsvermə yolu ilə qəbul edilir.
7. Elmi Şuranın qərar çıxarması üçün onun üzvlərinin ən azı 2/3 hissəsinin iştirakı vacibdir. Elmi Şurada iştirak edənlərin ümumi sayının ən azı 50 -dən çoxu müzakirə olunan məsələnin lehinə səs verərsə, qərar qəbul olunmuş hesab edilir.
8. Elmi Şuranın qərarı onların universitetin rektoru tərəfindən təsdiqindən sonra qüvvəyə minirlər. Elmi Şuranın müsabiqə yolu ilə professor-müəllim heyətinin vəzifələrini tutmaq məsələləri üzrə qərarları müəyyən olunmuş qaydada təsdiq olunurlar.
9. Elmi Şuranın iclasları protokollaşdırılır, Elmi Şuranın sədri və elmi katibi tərəfindən imzalanır və elmi katibdə saxlanılır.
10. Elmi Şuranın sədri, Şuranın qərarlarının icrasının müntəzəm yoxlanılmasını təşkil edir və Şuranın üzvlərinə qəbul olunmuş qərarların yerinə yetirilməsi barəsində məlumat verir.

2016-2017-ci tədris ili üçün Universitet Elmi Şurasının tərkibi


1.Prof. İsmayıl İsrafil oğlu Əliyev – Rektor, (sədr)               
2.Dos. İbrahim Feyzulla oğlu Kazımbəyli – Tədris işləri üzrə prorektor, (sədr müavini)
3.Dos.Arif Yusif oğlu Səfərov – Elmi katib, (üzv)         
4.Əli Səməd oğlu Yusifov – Tərbiyə işləri üzrə prorektor, (üzv)
5.Şahı Firudin oğlu Babayev – Təsərrüfat işləri üzrə prorektor, (üzv)
6.Anar Ramazan oğlu Abuzərli – Tədris şöbəsinin müdiri, (üzv)
7.Dos.Məftun İsmayıl oğlu İsmayılov – “Pedaqoji” fakültənin dekanı, (üzv)
8.Dos.Elbrus Saleh oğlu İsayev –“İdarəetmə” fakültəsinin dekanı, (üzv)
9.Hüseyn Qədirulla oğlu Bağırsoylu –“Xarici dillər” fakültəsinin dekanı, (üzv)
10.Dos.Dilsuz Qasım oğlu Qasımov – “İqtisadiyyat” kafedrasının müdiri, (üzv)
11.İqt.üz.f.d.İradə Vətən qızı Bağırova –“İdarəetmə” kafedrasının  müdiri, (üzv)
12.Fil.üzrə f.d.Nüşabə Məmmədəli qızı Məmmədova –“Azərbaycan dili və ədəbiyyat” kafedrasının müdiri, (üzv)
13.dos.Məftun Eynulla oğlu Əliyev –“Riyaziyyat və informatika” kafedrasının müdiri ,(üzv) 
14.baş m.Anara Azər qızı Nəsirli –"Xarici dillər" kafedrasının müdiri, (üzv)           
15.Dos. Nəzakət Rəsul qızı Yusifova –“Pedaqogika və psixologiya” kafedrasının müdiri, (üzv)
16.Zülfüqar Əyyub oğlu Zülfüqarov – “Xarici dillər” kafedrasının müəllimi, (üzv)
17.F.ü.f.d.Aypara Novruz qızı Behbudova – Universitet kitabxanasının müdiri, (üzv)
18.baş m.Nazim Vəkil oğlu Mahmudov – Universitet həmkarlar ittifaqının təşkilatı sədri, (üzv)
19.tarix.üz.f.d.Mehman Sərxan oğlu Şabanov – Ümumi tarix kafedrasının müdiri,(üzv)
20.Rəcəb Cəmaləddin oğlu Cəfərli – Beynəlxalq əlaqələr şöbəsinin müdiri,(üzv)
21.Dəniz Novruz oğlu Novruzlu – Tələbə Gənclər təşkilatının sədri,(üzv)


“Naxçıvan” Universitetinin Elmi Şurasının 2016-2017-ci tədris ili üçün

İŞ PLANI

İcra vaxtı

Gündəlikdə duran məsələlər

İcraçı şəxslər

Sentyabr 2016

1. “Naxçıvan” Universitetində tələbə qəbulu haqqında

2. 2016-2017-ci tədris ili üçün dərs yüklərinin təsdiqi

3.2016-2017-ci tədris ilində tərbiyə işlər sahəsində aparılacaq tədbirlərin istiqamətləri və təşkili barədə

4. İməcliklərin təşkili barədə

5. Yeni açılmış ixtisaslarda tədrisin təşkili barədə

6.Cari məsələlər

İ.İ.Əliyev

İ.F.Kazımbəyli

Ə.S.Yusifov

Ş.F.Babayev

İ.F.Kazımbəyli

Oktyabr 2016

1.Universitet üzrə TEC mövzularının müzakirəsi və təsdiqi

2.2016-2017-ci tədris ilinin I yarımilində pedaqoji təcrübənin təşkili və gedişi

3. 2016-2017-ci tədris ilində keçiriləcək konfrans mövzularının müzakirəsi və təsdiqi barədə

4. Universitetdə idman və mədəni kütləvi tədbirlər sahəsində görüləcək işlərə dair.

5. Universitetə tələbə qəbulu sahəsində qarşıda duran vəzifələr

6. Cari məsələlər

İ.F.Kazımbəyli

E.Ə.Vəliyev

İ.F.Kazımbəyli

T.C.Sadiqova

İ.İ.Əliyev

Dekabr 2016

1. 2016-cı ilin yekunları və qarşıda duran vəzifələr

2.Payız imtahan sesiyasına hazırlığın vəziyyəti

3.Elmi tədqiqat işlərinin hesabatı

4. Tədrisdə tyutor xidmətinin təşkili vəziyyəti

5.Universitetin beynəlxalq əlaqələr şöbəsinin hesabatı

6. Universitet yataqxanasının fəaliyyətinə dair

7. Cari məsələlər

İ.F.Kazımbəyli

Fakültə dekanları

İ.F.Kazımbəyli

Tyutorlar

R.C.Cəfərli

M.B.Babayev

Fevral 2017

1. 2016-2017-ci tədris ilinin payız imtahan sessiyasının  yekunları

2.2016-2017-ci tədris ilinin II yarımilində pedaqoji təcrübənin təşkili barədə

3. Universitetə xarici tələbələrin cəlbi sahəsində görülən işlər

4. “İdarəetmə” fakültəsinin fəaliyyəti barədə

5. Universitetdə təhsil alan tələbələrin təhsil haqlarının ödənilməsi vəziyyəti barədə

6. Cari məsələlər

 İ.F.Kazımbəyli

E.Ə.Vəliyev

İ.İ.Əliyev

E.S.İsayev

X.V.Heydərov

Aprel 2017

1. TEC işlərinin yerinə yetirilmə vəziyyətinə dair

2. “Pedaqoji” və “Xarici dillər” fakültələrinin  fəaliyyəti barədə

3. İməcliklərin təşkili və gedişi barədə

4. Kitabxananın fəaliyyəti barədə

6. Elmi-tədqiqat işlərinin vəziyyəti barədə

7. Cari məsələlər

İ.F.Kazımbəyli

M.İ.İsmayılov, H.Q.Bağırsoylu

Ş.F.Babayev

A.N.Behbudova

İ.F.Kazımbəyli

May 2017

1. Yaz imtahan sessiyasına və  Dövlət Buraxılış Attestasiya imtahanlarına hazırlığın vəziyyəti

2. “Azərbaycan dili və ədəbiyyat” kafedrasının hesabatı

3. “İqtisadiyyat” fakültəsində tədrisin təşkili və təlim-tərbiyə işlərinin vəziyyəti

4. Elmi-metodik şuranın hesabatı

5. Tyutorların II yarım il üçün hesabatı

6. Cari məsələlər

Fakültə dekanları

N.M.Məmmədova

Komissiya

İ.F.Kazımbəyli

Tyutorlar

İyul 2017

1. 2016-2017-ci tədris ilinin yekunları barədə

2. 2017-2018-ci tədris ili üçün “Naxçıvan” Universitetində dərs yüklərinin müzakirəsi barədə

3.Universitetin 2017-2018-ci tədris ili üçün iş planlarının müzakirəsi və təsdiqi barədə.

4. Cari məsələlər

 İ.F.Kazımbəyli

İ.F.Kazımbəyli

E.Ə.Vəliyev

 
"Naxçıvan" Universitetinin Elmi şurasının

23 dekabr 2016-cı il tarixdə keçirilən iclasının gündəliyi

İştirak edirlər: Elmi Şuranın üzvləri (20 nəfər), dəvət olunanlar, Naxçıvan MR Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri – Rəhman Məmmədov, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla iş üzrə idarəsinin rəisi – Vüqar Babayev, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü, “Dünya və insan: başlanğıcın sonu və sonun başlanğıcı” kitabının müəllifi – Hacı Qadir Qədirzadə, Naxçıvan Qazilər Şurasının sədri – Sahib Məmmədov, Naxçıvan Dövlət Televiziyası və “Şərq Qapısı” qəzetinin nümayəndələri, “Naxçıvan” Universiteti “İlahiyyat” kafedrasının müəllimləri.

Gündəlikdə duran məsələlər

1. “Dünya və insan: başlanğıcın sonu və sonun başlanğıcı” kitabının “Dinşünaslıq” ixtisasına dərs vəsaiti kimi tövsiyyə edilməsi barədə.
prof. İ.İ.Əliyev (rektor)

2. 2016-cı ilin yekunları və qarşıda duran vəzifələr.

   dos.İ.F.Kazımbəyli  (Tədris işləri üzrə prorektor)

3. Payız imtahan sesiyasına hazırlığın vəziyyəti.                                                      

  Fakültə dekanları    (M.İ.İsmayılov, H.Q.Bağırsoylu, E.S.İsayev, V.Hüseynov)  

4.Universitetin beynəlxalq əlaqələr şöbəsinin hesabatı

 R.C.Cəfərli  (Şöbə müdiri)

5.Universitet yataqxanasının fəaliyyətinə dair

  M.B.Babayev (Yataqxana müdiri)

6. Cari məsələlər.