Pedaqoji fakültə dekanı

     Məftun İsmayıl oğlu İsmayılov 1974-cü ildə Kəngərli rayonunun Xok kəndində anadan olmuşdur. 1981-ci ildə Kəngərli rayon Xok kənd orta məktəbin I sinfinə daxil olmuş, 1991-ci ildə həmin məktəbi bitirmişdir. Məftun İsmayıl oğlu İsmayılov 1992-ci ildə Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin “Riyaziyyat-informatika” ixtisasına qəbul olmuş, 1997-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.

Məftun İsmayıl oğlu İsmayılov 1997-ci ilin sentyabrından Naxçıvan Dövlət Universitetinin “Cəbr və həndəsə” kafedrasında 0,5 ştat müəllim, 1998-ci ilin fevral ayından həmin kafedrada tam ştat müəllim, 2002-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra həmin ilin yanvar ayından “İnformatika” kafedrasına müəllim, 2007-ci ilin yanvar ayından “İnformatika” kafedrasına baş müəllim vəzifəsinə təyin edilmişdir. M.İ.İsmayılov 1997-ci ildə Bakı Dövlət Universitetinin Mexanika -riyaziyyat fakültəsinin qiyabi aspirantı olmuşdur. 14 noyabr 2005-ci il tarixdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Səpələnmiş dağılma mexanikasının bəzi məsələləri və onların həlli üçün ədədi üsullar” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir, 01.02.04 -“Deformasiya olunan bərk cismin mexanikası” ixtisası üzrə riyaziyyat üzrə fəlsəfə doktorudur. Evlidir iki övladı var. "Naxçıvan" Universitetinin Pedaqoji fakultəsinin dekanıdır.

Kitablar

1.Adi diferensial tənliklərin təqribi hesablama üsulları. (Metodik vəsait)
Metodik vəsait Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14.02.2011-ci il tarixli 268 saylı əmri ilə təsdiq edilmişdir.
Metodik vəsaitdə adi diferensial tənliklərin və onlar üçün sərhəd məsələlərinin təqribi həll üsulları nəzərdən keçirilir.
2.Proqram Paketlərİndən İstifadə etməklə riyazi məsələlərin həlli. (Dərs vəsaİtİ)
Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 09.02.2012-ci il tarixli 188 saylı qərarı ilə təsdiq edilmişdir.
Dərs vəsaiti proqram paketlərindən bəziləri haqqında məlumat verilmiş və onların tətbiqi ilə riyazi məsələlərin həlli geniş izah olunmuşdur.

Məqalələr

1. Численныйалгоритмрешениянелинейногоинтегральногоуравнения Вольтерравторогорода
2. Рассеянное разрушениеслоистного сферического сосуда
3. О численном решении системы нелинейных интегральных уравнений движения магистральной трещины
4. Математическое моделирование повреждаемости и разрушения трансверсального изотропного сферического сосуда
5. Рассеянное разрушение полого шара с учетом наличия остаточной прочности за фронтом разрушения
6. Thescatteringdestructionof hollowsphericalcontainerundertheaction of internalpressure
7. Влияние остаточной прочности за фронтом разрушения на процесс рассеянного разрушения полого шара
8. Səpələnmiş dağılma mexanikası məsələsinin Volter tipli inteqro-diferensial tənliyə gətirilməsi
9. Длительная прочност изотропного маховика
10. Рассеянное разрушениеизотропного маховика с агрессивным заполнителем
11. Dəyişən daxili təzyiqə məruz qalan zədələnən sferik layın uzunmüddətli dağılması
12. Вынужденные колебания конических оболочек, усиленными меридиональными ребрами, заполненой средой
13. Maye ilə təmasda olan möhkəmləndirilmiş konik örtüyün məcburi rəqsləri
14. Длительное разрушуние сферического слоя при переменном внутреннем давлении
15. Исследование поверхностных волн в вязких житкостях
16. Ədədi silsilənin hədləri arasında əlaqə düsturları
17. Komputerdən istifadə etməklə riyaziyyatın bəzi mövzularının tədrisi
18. Математическая модель распростанения длинноволновых возмущений в потоке вязкой жидкости
19. Əməliyyat sistemləri
20. Mathcad proqram paketinin tətbiqi ilə xətti tənliklər sisteminin həlli

e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.