Rektor köməkçisi

   Vüqar Ələkbərov Heydər oğlu 20.03.1985-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1991-ci ildə Naxçıvan şəhər Hüseyn Cavid adına 5№-li orta məktəbin I sinfinə daxil olmuş, 2002-ci ildə həmin orta məktəbi bitirmişdir. 2002-ci ildə Naxçıvan Özəl Universitetinin (NÖU) indiki adıyla “Naxçıvan” Universitetinin (NU) Filologiya istiqaməti üzrə Xarici dil və Ədəbiyyatı (İngilis) ixtisasına daxil olmuş, 2006-cı ildə həmin universiteti bitirmişdir. Universitetdə təhsil aldığı müddətdə 2005-2006-cı illərdə Naxçıvan Komputer Təlim-Tədris və İnternet Mərkəzində komputer kursu keçib, diplom almışdır.  2007-2013-cü illərdə Babək rayonunda ingilis dil müəllimi işləmişdir. 2013-cü ildən “Naxçıvan” Universitetində (NU) Rektor Köməkçisi vəzifəsində çalışır. Universitetdə çalışdığı müddətdə 2013-cü ildə Kuzey Kıbrıs Türk Cumhuriyetinin (KKTC) Qazimağusa şəhərində  yerləşən Doğu Akdeniz Üniversitesinde (DAÜ) (University Curriculum Development İnternational Accreditations 2013)  kurs keçib, sertifikat almışdır. Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.

 



Bizimlə əlaqə

Naxçvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

  • dummy(036) 545 57 01

  • dummy(036) 545 15 16

  • dummy info@nu.edu.az

Universitetə qəbul