Əliyeva Nurlana Sabir qızı 1977-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1983-cü ildə Naxçıvan şəhər E.Sultanov adına 7 saylı tam orta məktəbin I sinfinə daxil olmuş, 1993-cü ildə məktəbi bitirmişdir. Həmin ildə Naxçıvan Dövlət Universitetinin “Humanitar” fakültəsinin “Filologiya” ixtisasına daxil olmuş, 1997-ci ildə isə həmin ixtisası fərqlənmə ilə bitirmişdir. 1997-ci ildə Naxçıvan Dövlət Universitetinin Magistratura şöbəsinin “Azərbaycan ədəbiyyatı” ixtisasına daxil olmuş, 1999-cu ildə həmin ixtisası bitirərək Naxçıvan Dövlət Universitetinin “Qeyrət” nəşriyyatında redaktor vəzifəsi ilə iş fəaliyyətinə başlamışdır. 2001-ci ildən isə, Naxçıvan Özəl Universitetinin “Azərbaycan dili və ədəbiyyat” kafedrasında müəllim, 2012-ci ildən isə baş müəllim vəzifəsində çalışmışdır. 2013-cü ildə “Məhəmməd Tağı Sidqi və uşaq ədəbiyyatı” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. 2017-ci ildə “Naxçıvan” Universitetində Elmi şuranın 30 may 2017-ci il tarixli 06 saylı protokol qərarı ilə dosent əvəzi seçilmiş, 2018-ci ilin fevral ayından isə universitetin “Pedaqoji” fakültəsinə dekan vəzifəsinə seçilmişdir. 2019-cu ilin 8 fevral tarixində Naxçıvan MR Ali Məclisinin sərəncamı ilə “Naxçıvan MR Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür. 2019-cu ilin 5 dekabr tarixindən Naxçıvan MR Ali Məclisi Sədrinin sərəncamı ilə “Naxçıvan” Universitetinə rektor təyin edilmişdir. 30-dan artıq elmi məqalənin, 1 dərs vəsaitinin, 1 metodik vəsaitin, 2 fənn proqramının müəllifidir.
Məqalələri:
-
Cəlil Məmmədquluzadə yaradıcılığında Şərq klassiklərinin əsərlərindən istifadə. Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. Naxçıvan: Qeyrət, 2000, №7, s.82-85
-
Məhəmməd Tağı Sidqi və ilk ana dilli məktəb. Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. Naxçıvan: Qeyrət, 2002, №9, s.126-128
-
Məhəmməd Tağı Sidqi və uşaq ədəbiyyatı 2003-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekununa həsr edilmiş konfransın materialları (18-19 mart 2004-cü il). Naxçıvan. İctimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnal. Naxçıvan: 2004, №12, s.160-164
-
Məhəmməd Tağı Sidqinin hekayələri haqqında. Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. Naxçıvan: Qeyrət, 2011, №9, s.70-73
-
Məhəmməd Tağı Sidqinin bədii əsərlərində elm, məktəb və tərbiyə haqqında fikirləri. Elmi axtarışlar. AMEA Folklor İnstitutu, 2012, №1/ 04, s.42-48
-
Məhəmməd Tağı Sidqi və ziyalı münasibətləri. Dil və ədəbiyyat. Beynəlxalq elmi - nəzəri jurnal. Bakı: 2012, №1 (81), s. 235-237
-
Naxçıvanda uşaq ədəbiyyatının inkişafında M.T.Sidqinin rolu. Naxçıvan Dövlət Universitetinin Xəbərləri (ictimai və humanitar elmlər seriyası), Naxçıvan, 2012 №3, s.183-188
-
История школы в Нахичевании Мухаммед Таги Сидги. Философский алъманах совремменностъ. Философский алъманах совремменностъ: Мир Мнений, Aлматы: 2012, № 2, с. 204-208
-
Məhəmməd Tağı Sidqi söz haqqında. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri (humanitar elmlər seriyası). Naxçıvan: Qeyrət, 2012, № 2 (46), s.57-60
-
XIV – XV yüzilliklərdə Naxçıvanda ədəbi-mədəni və elmi mühit. Naxçıvan Dövlət Universitetinin Xəbərləri (ictimai və humanitar elmlər seriyası), Naxçıvan, 2013, №3, s.181-187
-
XIII yüzillikdə Naxçıvanda ədəbi-mədəni və elmi mühit. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri (humanitar elmlər seriyası). Naxçıvan: Qeyrət, 2013, № 1 (52), s.23-26
-
XIX yüzillikdə Azərbaycanda ədəbi pedaqoji mühit və Məhəmməd Tağı Sidqi. Axtarışlar (folklor, ədəbiyyat, dil, sənətşünaslıq və tarix), Elmi toplu II (8), Naxçıvan, 2013,№2 s.62-66
-
XVI-XVII yüzilliklərdə Naxçıvanda ədəbi-mədəni, elmi mühit. Axtarışlar (Folklor, ədəbiyyat, dil, sənətşünaslıq və tarix) Elmi toplu, I (7). Naxçıvan, 2013, №1s.52-55
-
XIX yüzilliyin sonu, XX yüzilliyin əvvəllındə Azərbaycan uşaq poeziyası. Doktorantların və gənc tədqiqatçıların XVII Respublika elmi konfransının materialları (I cıld), Bakı: 2013, s. 305-306
-
Məhəmməd Tağı Sidqinin mətbuat haqqında fikirləri. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri (humanitar elmlər seriyası). Qeyrət, 2014, №1 (57), s.125- 128
-
Современники Мухаммеда Таги Сидги. Таврическогo Националъного Университетаим. В.И.Вернадского. Том 27(66) №3, Симферопoлъ, 2014, c. 404-410
-
XIX əsr Naxçıvan ədəbi mühit. Tarixi İpək yolu və Naxçıvanın iqtisadi və mədəni əlaqələrinin inkişaf məsələləri, Beynəlxalq İpək yolu konfransı, Naxçıvan 16-17 oktyabr, 2015, s.130-131
-
Əhməd Cavad yaradıcılığında üçrəngli poeziya. Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. Naxçıvan: Qeyrət, 2015, №5 (70), s.37-41
-
Əziz Şərifin tərcümə və publisistik yaradıcılığı. Naxçıvan Universitetinin Elmi Əsərləri. Naxçıvan: Qeyrət, 2015, №1 (1), №, s.178-183
-
Eynəli bəy Sultanov M.T.Sidqinin müasiri kimi. “Naxçıvan” Universitetinin Elmi Əsərləri. 2016, №2 (3), s.96-10
-
Müzəffər Nəsirli, Hüseyn Razi yaradıcılığında vətənpərvərlik mötivləri. Filologiya məsələləri. Bakı: 2017, №1, 2017, s. 291-299
-
Abbas Zamanov Sabir ədəbi irsinin tədqiqatçısı kimi. “Naxçıvan” Universitetinin Elmi Əsərləri. 2017, № 2 (5), s.87-91
-
XX əsrin II yarısında Naxçıvan ədəbi mühitində Vətən mövzusu. Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. Naxçıvan: Qeyrət, 2017, №1 (82), s.70-74
-
İslam Səfərli poeziyasında müharibə mövzusu. “Naxçıvan” Universitetinin Elmi Əsərləri. 2018, №1 (8), s.38-44
-
Məmməd Araz yaradıcılığında məhəbbət lirikası. “Naxçıvan” Universitetinin Elmi Əsərləri. 2018, №3 (10), s.92-97
-
İslam mədəniyyətinin inkişafında Naxçıvan ədəbi mühitinin rolu. (7-8 sentyabr 2018-ci ildə keçirilmiş beynəlxalq konfransın materialları). Naxçıvan: “Əcəmi”, 2019, s. 120-125
- Cəlil Məmmədquluzadə və naxçıvanlı müasirləri. “Naxçıvan” Universiteti. Elmi əsərləri. №1 (12), Naxçıvan, 2019
Metodik vəsaiti:
1.Səməd Vurğunun həyat və yaradıcılığının tədrisi. Naxçıvan: 2019
Dərs vəsaiti:
1.Məhəmməd Tağı Sidqi və uşaq ədəbiyyatı. Dərs vəsaiti, Naxçıvan: “Əcəmi” NPB, 2019
Proqram :
1.Seçmə fənn (Ədəbi növ və janrlar). Naxçıvan: 2015
e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.