HÜSEYN QƏDİRULLA OGLU BAĞIRSOYLU

  Hüseyn Qədirulla oglu Bağırsoylu 03.02.1986–ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. Orta təhsilini 12 saylı tam orta məktəbdə almışdır. O, 2003-2007-ci illərdə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsi “İqtisadiyyatın tənzimlənməsi” ixtisasında təhsil almış və təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. Təhsil aldığı müddətdə Heydər Əliyev təqaüdü ilə mükafatlandırılmışdır. H.Q.Bağırsoylu Azərbaycan Respublikası ali təhsil müəssisələri arasında keçirilən TEC yolu ilə hazırlanmış tədqiqat işləri arasında 2006-cı ildə iqtisadiyyat sahəsi üzrə I yerə layiq görülmüşdür. O, 2006-cı ildə Türkiyədə keçirilən Dünya Gəncləri Qurultayında Azərbaycanı təmsil etmişdir. H.Q.Bağırsoylu 2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Təhsildə Yüksək Nəaliyyətə görə fəxri fərman ilə mükafatlandırılmışdır. H.Q.Bağırsoylu 2007-2008 tarix aralığında N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur.

  2008-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyatın Hüquqi Tənzimlənməsi” ixtisası üzrə magistr təhsili almışdır.

  2017-ci ildə İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Regionda xüsusi iqtisadi zonaların təşkili imkanları və prespektivləri” adlı dissertasiya mövzusunu müdafiə etmişdir. “Naxçıvan” Universitetinin 08.02.2021-ci il tarixli Elmi şura iclasının 3 nömrəli protokoluna əsasən i.ü.f.d Hüseyn Bağırsoylu 1 illik sınaq müddətinə universitetin daxili əmri ilə dosent vəzifəsinə təyin edilmişdir.

  Əmək fəaliyyətinə “Warsilla Finland Oy” şirkətində tərcüməçi olaraq başlamışdır. 2010-2012-ci illərdə “Yedoy MMC”-də mühasib, 2012-2013-cü illərdə “Delta Group”da Audit vəzifəsində işləmişdir.

  H.Q.Bağırsoylunun “Naxçıvan” Universitetindəki fəaliyyətinə 2013-2014-cü illərdə Dil koordinatorluğunun rəhbəri, 2014-2016-cı il tarixdən “Naxçıvan” Universitetində Xarici Dillər fakültəsinin dekanı, 2016-2017-ci il tarixdən İqtisadiyyat fakültəsinin dekanı vəzifəsində 2017-ci ildən isə “Naxçıvan” Universitetinin tədris  və tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışır. Eyni zamanda i.ü.f.d dos. Hüseyn Bağırsoylu altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.

Ailəlidir, 2 övladı var.

ELMİ ƏSƏRLƏRİ:

  1. Sərbəst ticarət zonaları iqtisadi inkişaf amili kimi, NDU, Elmi əsərlər, № 6 (71) Naxçıvan-2015, s. 203.
  2. Regional iqtisadi sistemlərin formalaşması və ixtisaslaşması istiqamətləri, Azərbaycan Kooperasiya Universiteti, Elmi praktiki jurnal, № 2 (41), Naxçıvan-2016, s.52.
  3. Sərbəst ticarət zonalarının yaradılmasında regional imkanların mövcudluğu və onların qiymətləndirilməsi yolları, NDU, Elmi əsərlər, № 6 (75) Naxçıvan-2016, s.162.
  4. Ocoбенности создания свободных торговых зон в Нахцыванской Автономной Ресрублике, Международный научный журнал. Москва «Спектр», 2016, №3, s. 12.
  5. Xüsusi iqtisadi zonaların zərurəti, NDU, Elmi əsərlər, № 5 (79) Naxçıvan - 2016, s. 242.
  6. Menecment fənn proqramı, NU, Dizayn və poliqrafiya mərkəzi. Naxçıvan - 2016
  7. Regionda sərbəst ticarət zonalarının yaradılmasının beynəlxalq təcrübəsi NDU, “Heydər Əliyev və müasirləşən Naxçıvan iqtisadiyyatı”, (Beynəlxalq elmi konfrans), Naxçıvan-2016, s. 176 .
  8. Beynəlxalq aləmdə valyuta anlayışı və nominal valyuta məzənnəsinin təhlili, NU, Elmi əsərlər, № 1 (4)
  9. Naxçıvan-2017, s. 54.
  10. Naxçıvan MR – da sərbəst ticarət zonalarının yaradılması sahəsində qanunvericilik bazasının yaradılması, NU, Elmi əsərlər, № 2 (5), Naxçıvan-2017, s. 51.
  11. Nahçıvan özerk cumhuriyetinde qida sanayi, Nahçıvan mutfağı ve qastronomi, GÜNCEL TURİZM ARAŞTIRMALARI GERGİSİ, GASTRONOMİ KONGRESİ, 22-25 mart 2018. ANKARA, s.262-282., həm müəlliflər prof. Haluk Tanriverdi, dos. M.T.İmanova
  12. Müasir iqtisadi şəraitdə iqtisadiyyatin şaxələndirilməsinin səmərəlilik aspektləri, mövcud problemlər və onlarin həlli yollari, NU, Elmi əsərlər, № 3 (14), Naxçıvan-2019, s.9.
  13. Sosial-iqtisadi inkişafın proqnozlaşdırılması, Naxçıvan, Əcəmi, 2019, 264 s. həm müəllif dos.C.İ. Mahmudov.
  14. Koronavirusla mübarizənin Naxçıvan modelinin iqtisadi, sosial və turizm sahələrinə təsiri, NU, Elmi əsərlər, №2 (17) Naxçıvan-2020
  15. İqtisadi lüğət (Azərbaycanca-İngiliscə, İngiliscə-Azərbaycanca), Naxçıvan "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyi-2020, 416 s.
  16. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında xarici iqtisadi əlaqələrin rolu” Azərbaycan Respublikası iqtisadiyyatının inkişafında innovasiyaların rolu, Respublika Elmi Konfransının materialları, NDU-nun “Qeyrət” nəşriyyatı-2020, 213 s.
  17. Naxçıvan Muxtar Respublikasında sərbəst ticarət zonalarının yaradılmasının zəruriliyi, NU, Elmi əsərlər, №3 (6) Naxçıvan-2017, 23-28 s.
  18. Sənaye müəssisələrinin diversifikasiyasının iqtisadi siyasət strategiyasına təsiri. Naxçıvan mədəniyyətlərin qovuşduğu məkan beynəlxalq konfrans materialı., Naxçıvan 2020.