Ombudsman kimdir?

   Ombudsman əsasnaməyə uyğun olaraq şikayətçiləri, aidiyyatı olan şəxsləri, qanunsuz hərəkətləri və ya daha ciddi qanun pozuntuları ilə əlaqədar sualı olan şəxsləri məxfi şəkildə qəbul etmək, onları dinləmək, variantlar təklif etmək, əsasnamə və qaydaları izah etmək, qeyri-rəsmi araşdırma aparmaq, məsələni müstəqil və qərəzsiz şəkildə yoxlamaq səlahiyyəti verilən şəxsdir. Ombudsman münaqişələri yüksək etik standartlar və effektiv metodlarla  həll edir.

Ombudsman necə təyin olunmalıdır?

  • Ombudsman namizədləri  TGT (Tələbə Gənclər Təşkilatı) rəhbərliyi tərəfindən müəyyənləşdirilir
  • Müəyyən edilmiş namizədlərin adları sorğu üçün internet səhifəsində yerləşdirilir. Sorğu onlayn və gizli keçirilməlidir. 
  • Sonda qalib gəlmiş namizəd rektor tərəfindən təsdiqlənməlidir.
  • Ombudsman 3 il müdətinə seçilir, əgər bu müddət ərzində hər hansı bir səbəbdən ombudsman işdən uzaqlaşdırılarsa, o zaman növbədənkənar seçki keçirilməlidir.

Ombudsman kimlər ola bilər?

   Ombudsman universitet daxilində heç bir vəzifəsi olmayan, universitet müəllimlərindən olmalıdır.