“Naxçıvan” Universitetində Ombudsman aparatının strukturu

Ombudsman aparatı tələbələrin hüquqlarının müdafiəsi ilə məşğul olan bir qurumdur. Aparatın fəaliyyəti universitetdə müəyyən problem, mübahisə və münaqişə ilə üzləşən tələbələrin məsələlərinin obyektiv və tərəfsiz olaraq araşdırıb, onu həll etməkdir.Ombudsman aparatının ofisi “Naxçıvan” Universiteti “Xarici dillər” fakültəsinin binasında yerləşir, onun haqqında ətraflı məlumat universitetin internet səhifəsindən almaq olar. Bu məlumatlara ombudsmanla əlaqə, müraciət yolları, onun strukturu və səlahiyyət sahələri daxildir.

Ombudsman aparatı sadəcə tələbələrə xidmət göstərən bir qurumdur və sadəcə tələbələrinin hüquqlarının müdafiəsi ilə məşğuldur. Mərkəz ombudsman və onun köməkçisindən ibarət ola bilər.

Ombudsman aparatı əməkdaşları universitet daxilində Tələbə Gənclər Təşkilatı ilə birlikdə məlumatlandırma və təlimatlandırma günləri də keçirirlər. Ombudsman ofisin idarəedilməsi, hesabatların hazırlanmasına və maliyyə məsələlərinə məsuliyyət daşıyır. O, mərkəzin illik iş planını hazırlayıb onları həyata keçirir.

Ombudsmanla əlaqə universitetin internet səhifəsindən elektron sorğu yolu ilə və ya ombudsmanla birbaşa əlaqə şəklində ola bilər.