“Naxçıvan” Universiteti Ombudsman aparatına edilən müraciətlərə baxılma qaydaları:

 Universitetin Ombudsman aparatına şikayətlər elektron olaraq universitetin saytında yerləşən keçiddən edilir.

  1. Ombudsman aparatına daxil olmuş şikayət 10 gün içərisində araşdırılır və bir nəticəyə gəlinir.
  2. Ombudsman şikayətin əsasında aidiyyatı olan şəxs və ya şəxslərlə əlaqə yaradır.
  3. Tərəflərin görüşünü təşkil edir.
  4. Məsələnin həllində vasitəçiliyin və digər alternativ üsulların mahiyyətini tərəflərə izah edir.
  5. Problemi aradan qaldırmaq üçün vasitəçilik edir.
  6. Məsələnin həllinə xidmət edən digər fəaliyyətlər (məşğuliyyətlər) təşkil edir.
  7. Əgər müraciət ombudsmanın səlahiyyəti çərçivəsinə daxil deyilsə, o zaman müraciət edən şəxsi müvafiq quruma yönləndirir.