1. "Naxçıvan" Universitetində ümumi rəhbərlik seçkili səlahiyyətli orqan-rektorun başçılıq etdiyi - Elmi Şura tərəfindən həyata keçirilir. Elmi Şuranın səlahiyyət müddəti üç ildir. Elmi Şuranın vaxtından əvvəl yenidən seçilməsi onun üzvlərinin ən azı 2/3 hissəsinin tələbi ilə həyata keçirilə bilər.
2. Tutduqları vəzifələrinə görə Elmi Şuraya Universitetin tədris işləri üzrə prorektoru (sədr müavini), digər prorektorlar, elmi katib, fakültə dekanları, həmkarlar təşkilatının sədri daxil olur. Elmi Şuranın digər üzvləri Universitetin elmi dərəcəsi və elmi adı olan professor-müəllim heyətinin ümumi iclasında gizli səsvermə yolu ilə seçilir. Bundan əlavə Elmi Şuranın tərkibinin 10 -a qədəri universitetin rektoru tərəfindən ümumi saya əlavə olaraq təyin edilə bilər (Naxçıvan Universiteti daxilindən və Universitetin fəaliyyəti ilə bağlı olan digər sahələrdən, elmi-tədqiqat müəssisələrindən alimlər və aparıcı mütəxəssislər).
3. Elmi Şuranın tərkibi və səlahiyyət müddəti Universitetin rektoru tərəfindən təsdiq edilir.
4. Naxçıvan Universitetinin Elmi Şurası:
- hər il universitetin fəaliyyəti barəsində rektorun hesabatını dinləyir;
- fakültələrin və universitetin digər bölmələrinin yaradılması, ləğvi barəsində məsələləri həll edir;
- tədris planlarının və proqramlarının layihələrinə baxır;
- elmi-tədqiqat işlərini, tərbiyə işlərini və ixtisas artırma planlarını müzakirə edir;
- dərsliklərin, tədris vəsaitlərinin və digər elmi və elmi-metodik ədəbiyyatın hazırlanması və nəşri məsələlərinə baxır;
- kafedra müdirlərini seçir və onların vaxtından əvvəl azad olunmaları məsələlərini həll edir;
- müstəsna hallarda rektorun qərarı ilə fakültə dekanlarını seçir və onların vaxtından əvvəl azad olunmaları məsələlərini həll edir;
- müəyyən olunmuş qaydada professor-müəllim vəzifələrini tutmaq üçün müsabiqələr keçirir;
- Universitetin inkişafının perspektiv planına və illik planlarına baxır, maliyyə və təsərrüfat fəaliyyət nəticələrini müzakirə edir;
- Universitetin fəaliyyəti ilə bağlı olan digər məsələləri həll edir.
5. Elmi Şura tədris ili və hər semestr üçün nəzərdə tutulmuş plan üzrə işləyir. Elmi Şuranın planları şurada müzakirə edilir və rektor tərəfindən təsdiq edilir.
6. Tədris və elmi işlər üzrə bütün məsələlər Elmi Şuranın qərarı açıq səsvermə, sadə səs çoxluğu ilə qəbul edilir. Professor-müəllim heyətinin vəzifələrini tutmaq üçün keçirilən müsabiqə zamanı, fakültələrin dekanlarını seçdikdə gizli səsvermə yolu ilə qəbul edilir.
7. Elmi Şuranın qərar çıxarması üçün onun üzvlərinin ən azı 2/3 hissəsinin iştirakı vacibdir. Elmi Şurada iştirak edənlərin ümumi sayının ən azı 50 -dən çoxu müzakirə olunan məsələnin lehinə səs verərsə, qərar qəbul olunmuş hesab edilir.
8. Elmi Şuranın qərarı onların universitetin rektoru tərəfindən təsdiqindən sonra qüvvəyə minirlər. Elmi Şuranın müsabiqə yolu ilə professor-müəllim heyətinin vəzifələrini tutmaq məsələləri üzrə qərarları müəyyən olunmuş qaydada təsdiq olunurlar.
9. Elmi Şuranın iclasları protokollaşdırılır, Elmi Şuranın sədri və elmi katibi tərəfindən imzalanır və elmi katibdə saxlanılır.
10. Elmi Şuranın sədri, Şuranın qərarlarının icrasının müntəzəm yoxlanılmasını təşkil edir və Şuranın üzvlərinə qəbul olunmuş qərarların yerinə yetirilməsi barəsində məlumat verir.
“Naxçıvan” Universitetinin Elmi Şurasının tərkibi
1. Dos.Nurlana Sabir qızı Əliyeva – Rektor, (sədr)
2. İq.ü.f.d.Hüseyn Qədirulla oğlu Bağırsoylu – Tədris və tərbiyə işləri üzrə prorektor,
3. Zamin İsrafil oğlu Babazadə – Elmi katib vəzifəsini icra edən, (üzv),Universitet kitabxanasının müdiri,(üzv)
4. Anar Ramazan oğlu Abuzərli – Tədris şöbəsinin müdiri, (üzv)
5. Rəcəb Cəmaləddin oğlu Cəfərli –Beynəlxalq əlaqələr şöbəsinin müdiri, (üzv)
6. Ellada Zülfüqar qızı Səfərova - Ümumi işlər və kadrlar şöbəsinin müdiri (üzv)
7. Xəyal Valeh oğlu Heydərov - Baş mühasib (üzv)
8. İsmət Qaçay oğlu Həsənov -“Pedaqoji” fakültənin decani (üzv)
9. Zakir Fəxrəddin oğlu Məmmədov – “İqtisadiyyat” fakültəsinin dekanı, (üzv)
10. Tural Tahir oğlu Məmmədzadə –“İdarəetmə” fakültəsinin dekanı, (üzv)
11. Yasin İsrafil oğlu Babazadə –“Xarici dillər” fakültəsinin dekanı, (üzv)
12. İq. Ü. F.Həsən Əbdüləli oğlu Məmmədov – “İqtisadiyyat” kafedrasının müdiri, (üzv)
13. Dos.Nüşabə Məmmədəli qızı Məmmədova – “Azərb.dili və ədəbiyyat” kaf. müdiri, (üzv),Universitet həmkar. təşkilatının sədri, (üzv)
14. Tar.üz.f.d.Mehman Sərxan oğlu Şabanov – “Ümumi tarix” kafedrasının müdiri, (üzv)
15. Dos.İradə Vətən qızı Bağırova –“İdarəetmə” kafedrasının müdiri, (üzv)
16. Səfa Əli oğlu Əliyev – “Riyaziyyat və inform”. kafed. müdiri, (üzv)
17. B/m.Anara Azər qızı Nəsirli –“Xarici dillər” kafedrasının müdiri, (üzv)
18. Aytən Nizami qızı Məmmədova – “Pedaqogika və psixologiya” kafedrasının müdiri, (üzv)
19. Bəhruz Nəsib oğlu Quliyev -“Təbiət elmləri” kafedrasının müdiri (üzv)
20. Xəfayət Müzəffər qızı Əliyeva - “İlahiyyat” kafedrasının müdiri (üzv)
“Naxçıvan” Universitetinin Elmi Şurasının 2021-2022-ci tədris ilin üçün
İŞ PLANI
İcra vaxtı |
Gündəlikdə duran məsələlər |
İcraçı şəxslər |
|
Sentyabr 2021 |
1. “Naxçıvan” Universitetinə tələbə qəbulu haqqında |
N.S.Əliyeva |
|
2. Yeni dərs ilinə hazırlığın vəziyyəti və dərs yüklərinin dəqiqləşdirilməsi və təsdiqi barədə |
H.Q.Bağırsoylu |
||
3. 2020-2021-ci tədris ilində yay semestrinin hesabatı |
H.Q.Bağırsoylu |
||
4. Universitetə xarici tələbələrin qəbulunun vəziyyəti haqqında |
R.C.Cəfərli |
||
5. Cari məsələlər
|
|
||
Oktyabr 2021 |
1. 2021-2022-ci tədris ilində universitet üzrə TEC işləri və elmi konfrans mövzularının təsdiqi. |
H.Q.Bağırsoylu |
|
2. 2021-2022-ci tədris ilində tələbələrlə aparılacaq tərbiyəvi işlərin istiqamətləri barədə |
H.Q.Bağırsoylu |
||
3. 2021-2022-ci tədris ili üçün magistrantların dissertasiyası və buraxılış işlərinin mövzularının təsdiqi barədə |
H.Q.Bağırsoylu |
||
4. I -yarımildə pedaqoji təcrübənin təşkili və gedişi barədə |
S.Əhmədov |
||
5. Universitetdə keçiriləcək idman tədbirlərinin təşkili barədə |
Q.N.Binyətov |
||
6.”Xarici dillər” fakültəsinin hesabatı |
Y.İ.Babazadə |
||
7. Cari məsələlər |
|
||
|
|||
Dekabr 2021
|
1. 2021-ci ilin yekunları və qarşıda duran vəzifələr
|
N.S.Əliyeva |
|
2. 2021-ci ildə yerinə yetirilmiş elmi tədqiqat işlərinin hesabatı |
H.Q.Bağırsoylu |
||
3. Payız imtahan sessiyasına hazırlığın vəziyyəti |
Fakültə dekanları |
||
4. “Pedaqoji” fakültədə tədris və tərbiyə işlərinin vəziyyəti barədə |
Komissiya |
||
5. “Naxçıvan” Universitetinin dissertant və doktorantlarının illik hesabatı |
Ə.H.Həşimov |
||
6. 2021-ci ildə keçirilən iməciliklərin yekunu barədə |
Ş.F.Babayev |
||
7. Cari məsələlər
|
|
||
Fevral 2022
|
1. 2021-ci ildə doktoranturaya qəbulun və doktorantların attestasiyasının vəziyyəti barədə
|
N.S.Əliyeva |
|
2. 2021-2022-ci tədris ilinin payız imtahan sessiyasının yekunları |
H.Q.Bağırsoylu |
||
3. 2021-2022-ci tədris ilinin II yarımilində pedaqoji təcrübənin təşkili barədə |
A.R.Abuzərli |
||
4. Universitetin nəşriyyat şöbəsinin hesabatı
|
S.Y.Əkbərova |
||
5. Cari məsələlər
|
|
||
Aprel 2022 |
|
||
1. Yaz imtahan sessiyasına hazırlığın vəziyyəti barədə |
H.Q.Bağırsoylu |
||
2. II yarımildə pedaqoji təcrübənin yekunu barədə |
S.Əhmədov |
||
3. “Pedoqoji “ fakültənin hesabatı |
İ.Q.Həsənov |
||
4. Cari məsələlər
|
|
||
May 2022 |
1. Yekun Dövlət Attestasiya imtahanlarına hazırlığın vəziyyəti barədə |
H.Q.Bağırsoylu |
|
2. Universitetin Elmi-metodik şuranın hesabatı |
H.Q.Bağırsoylu |
||
3. Universitetin “Xarici dillər” kafedrasının hesabatı |
N.R.Yusifova |
||
4. Universitet yataqxanasının vəziyyəti barədə |
M.B.Babayev |
||
5. Cari məsələlər |
|
||
İyun 2022 |
1. 2021-2022-ci tədris ilinin yaz imtaha sessiyasının yekunları barədə |
H.Q.Bağırsoylu |
|
2. 2021-2022-ci tədris ili üçün kafedralarda dərs yüklərinin təxmini bölgüsü |
H.Q.Bağırsoylu |
||
3. 2021-2022-ci tədris ilinin II yarısında “İdarəetmə” və “İqtisadiyyat” fakültələrində istehsalat təcrübələrinin təşkili və fəaliyyəti barədə |
S.Əhmədov |
||
4. Universitetin 2022-2023-cü tədris ili üçün iş planlarının müzakirəsi və təsdiqi barədə. |
Ə.H.Həşimov |
||
5. Cari məsələlər |
|
“26” fevral 2022-ci il tarixdə keçirilən ”02” saylı iclasının
Gündəliyi
ŞƏKİL
İŞTİRAK EDİRLƏR: Elmi Şuranın üzvləri və dəvət olunanlar
Gündəlikdə duran məsələlər
1. 2021-ci ildə doktoranturaya qəbulun və doktorantların attestasiyasının vəziyyəti barədə - N.S.Əliyeva (Rektor)
2. 2021-2022-ci tədris ilinin payız imtahan sessiyasının yekunları - H.Q.Bağırsoylu (Tədris və tərbiyə işləri üzrə prorektor)
3. 2021-2022-ci tədris ilinin II yarımilində pedaqoji təcrübənin təşkili barədə - A.R.Abuzərli (Tədris şöbəsinin müdiri)
4. Universitetin nəşriyyat şöbəsinin hesabatı - S.Y.Əkbərova (Nəşriyyat şöbəsinin müdiri)
5. Cari məsələlər