Yasin Babazadə

    Yasin İsrafil oğlu Babazadə 1990-cı il 10 dekabr tarixdə Şərur rayon Aşağı Yaycı kəndində anadan olub. İbtidai təhsilini 1997 - 2008-ci illərdə N.Tusi adına A.Yaycı kənd tam orta məktəbində almışdır.
   2009-2013-cü tədris illərdə Naxçıvan Özəl Universitetinin İngilis dili müəllimliyi ixtisasını bitirmişdir. 2014-2016-cı tədris illərində Naxçıvan Dövlət Universitetinin İngilis dili (dilşünaslıq) ixtisaslaşması üzrə magistratura təhsili almışdır.
2011-ci ildə Naxçıvan Özəl Üniversitetində fəaliyyət göstərən “Rəsmi Sənədlərin Tərcüməsi” ingilis dili kursunu müvəfəqiyyətlə bitirmiş və ona Dövlət Notariusu tərəfindən təsdiqi nəzərdə tutulan sənədlərin tərcüməsini etmək səlahiyyəti verilmişdir.
   Şimali Kipr Türk Cümhuriyyətində, Akdəniz Universitetində fəaliyyət göstərən dil (ixtisas artırma) və komputer hazırlığı kurslarının iştirakçısı olmuşdur. 2013-cü ildə "Naxçıvan" Universitetində fəaliyyət göstərən İKT şöbəsində WEB Designer vəzifəsində, 2014-cü ilin sentyabr ayından isə Xarici dillər fakültəsinin tyutoru və xarici dillər kafedrasının müəllimi, 2016-cı ildən başlayaraq "Naxçıvan" Universitetinin xarici dillər fakültəsinin dekanı və xarici dillər kafedrasının müəllimi kimi işləyir.

e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.