İqtisadiyyat fakültəsi dekanı

  Zakir Fəxrəddin oğlu Məmmədov 1992-ci ildə Babək Rayon Cəhri kəndində anadan olmuşdur. Orta təhsilini 1998-2009-cu illərdə Q.Əkbərov adına Cəhri kənd № 1 li tam orta məktəbdə almışdır. Bakalavr təhsilini 2009-2013-cü illərdə Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində “İqtisadiyyat” ixtisası üzrə almış və fərqlənmə diplomu ilə bitirmişdir. 2014-2017-ci illərdə Naxçıvan Dövlət Universitetində “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə Magistratura təhsili almış və fərqlənmə diplomu ilə bitirmişdir. 2018-ci ildən Naxçıvan Universitetinin “Ümumi iqtisadiyyat” ixtisası üzrə doktorantıdır. Əmək fəaliyyətinə ilk olaraq 2015-ci ildə “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsində tyutor vəzifəsində işləməyə başlamışdır. 2018-ci ildən həmin universitetinin İdarəetmə fakültəsində dekan müavini, 2020-ci ildən “İqtisadiyyat” fakültəsinin dekanı vəzifəsində işləyir. Z.F.Məmmədov bir neçə fənn proqramı və məqalələrin müəllifidir.

 





 

 

Bizimlə əlaqə

Naxçvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

  • dummy(036) 545 57 01

  • dummy(036) 545 15 16

  • dummy info@nu.edu.az

Universitetə qəbul