“Nəşriyyat” şöbəsi

15 sentyabr 2015-ci il tarixdə “Naxçıvan” Universitet şəhərciyi müəllim və tələbələrin istifadəsinə verilmiş, tələbələrin yüksək təhsilli kadr kimi yetişməsindən ötəri hər cürə şərait yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı sayəsində “Nəşriyyat” şöbəsi çap avadanlıqları ilə təchiz olunmuşdur. 2011-ci ildən ”Dizayn və poliqrafiya” mərkəzi kimi fəaliyyət göstərən “Nəşriyyat” şöbəsi aşağıdakı avadanlıqlarla təchiz olunmuşdur:

1.Konica Minolta C284e
2.Master plyonka
3.Laminator GMP Excelam 355
4.Rapid 106-stepler
5.İdeal
6.RecoSystems
7.Fastbind Elite-termokley

Burada yaradılmış şərait universitet müəllimlərinin proqramlarının, monoqrafiyaların, metodik vəsaitlərin, dərslik və dərs vəsaitlərinin çap olunmasına imkan yaradır. Buraxılış və kurs işləri, referat və esselər üzərində işləyən tələbələr də “nəşriyyat” şöbəsinə müraciət edirlər.

Nəşriyyat şöbəsinin əməkdaşları:

1. Səadət Yaşar qızı Əkbərova - Direktor
2. Səriyyə Cahangir qızı Alməmmədova - Redaktor - korrektor
3. Gülnar Arif qızı Hacıyeva - Komputer operatoru