“NAXÇIVAN” UNİVERSİRTETİNİN MİSSİYA VƏ STRATEJİ İNKİŞAF PLANI

                                   (“Naxçıvan” Universitetinin 2019-2023-ci illər üzrə

Missiya və Strateji inkişaf planı NU Elmi Şurasının 08.01.2018-ci il tarixli iclasında müzakirə edilərək 04 saylı protokolla təsdiq edilmişdir)

                                                

     Universitetin missiyası:

     “Naxçıvan” Universitetinin missiyası dünya standartlarına uyğun çoxprofilli fasiləsiz təhsil və elmi tədqiqatlar sahəsində fundamental biliklərə, innovativ tədqiqat vərdişlərinə yiyələnmiş, beynəlxalq və milli əmək bazarında rəqabətədavamlı, vətənpərvərlik ruhunda tərbiyə edilmiş yüksək ixtisaslı və elmi-pedaqoji mütəxəssislərin hazırlanmasından ibarətdir.

 

 Gələcəyə baxış:

- Regionda lider universitet səviyyəsinə yüksəlmək;

- Fundamental təhsilin mövcud modelinin daha da təkmilləşməsinə nail olmaq və onu qoruyub saxlamaq;

- İnnovativ ali təhsil müəssisəsi modelini yaratmaq;

- Dünya universitetləri sıralamasında yer almaq.

 

     Strateji fəaliyyət:

“Naxçıvan” Universiteti təhsilə insanın, cəmiyyətin və dövlətin maraqları çərçivəsində şəxsiyyətin hərtərəfli inkişafı üçün ölkənin elmi, inzibati və təsərrüfat müəssisələri ilə qarşılıqlı əlaqədə universitet tərəfindən həyata keçirilən vahid proses kimi baxır, təhsilin yüksək keyfiyyətini ali təhsil müəssisəsinin fəaliyyətinin ən vacib prioritetlərindən biri hesab edir və keyfiyyət siyasətinin formalaşmasını universitetin strateji idarəedilməsinin əsaslarından biri kimi qiymətləndirir.

Bir universitet kimi idarəetmədə müasir innovativ yanaşmalara əsaslanaraq, universitet rəhbərliyi universitetin inkişafının proqram məsələlərinin reallaşması məqsədilə strateji tərəfdaşların və investorların (həmçinin beynəlxalq) cəlb edilməsində maraqlıdır. Təhsilin elm və istehsalatla qarşılıqlı əlaqəsi ali təhsil müəssisəsinin regionda və bütün sahələrdə təhsil, elm və mədəniyyət mərkəzi kimi yeni imicini yaradacaqdır.

“Naxçıvan” Universitetinin strateji fəaliyyəti aşağıdakı istiqamətlər üzrə reallaşır:

- NU-nun regionda elm və təhsil mərkəzi kimi davamlı inkişafı;

- Dünya standartlarına uyğun olaraq təhsil və innovativ elmi-tədqiqat işlərinin səviyyəsinin daha da yüksəldilməsi;

- Təhsilinin məzmununun dövrün tələbləri baxımından müəyyənləşdirilməsi;

- Universitetin akademik, elmi və yaradıcılıq potensialının inkişafı;

- Universitetin idarəedilməsi effektivliyinin daha da artırılması;

- Universitetin maliyyə imkanlarının artırılması üçün yeni daxili və xarici layihələrin hazırlanması, istehsal sahələrilə inteqrasiyanın intensivliyinin artırılması;

- Təhsilin distant texnologiyalarının işlənməsi və tətbiqi;

- İnteqrasiya proseslərinin gücləndirilməsi məqsədilə müəllimlərin, doktorantların, magistrantların və tələbələrin akademik mobilliyinin yüksəldilməsi;

- Bakalavriatura, magistratura və doktorantura səviyyələrində ikili diplomların verilməsi üzrə proqramların işlənməsi və həyata keçirilməsi;

- “Ömür boyu təhsil” konsepsiyasının reallaşdırılması, tədrisin fasiləsizliyinin təmin edilməsi, əlavə təhsil, kadrların yenidənhazırlanması, məhdud imkanlı şəxslər üçün təhsilə dəstəyin gücləndirilməsi (inklüziv təhsil);

- Beynəlxalq və regional ali təhsil müəssisələri ilə akademik əlaqələrin genişləndirilməsi.

 

     NU-nun elm və təhsil siyasətinin əsas məqsədləri:

Elm, təhsil, iqtisadi və sosial proseslərin generatoru kimi fundamental təhsil modelini qoruyub saxlamaq sahəsində NU siyasətinin əsas məqsədləri aşağıdakılardır:

- Təhsil prosesinin, ilkin, axtarış və tətbiqi elmi tədqiqatların dünya elminin müasir nailiyyətlərinə əsaslandığı innovativ ali təhsil müəssisəsinin yeni modelinin yaradılması;

- Beynəlxalq standartlar və şəxsiyyətin, cəmiyyətin və dövlətin perspektiv tələbatları əsasında təhsilin yüksək səviyyəsinin təmin edilməsi;

- Avropa və dünya tendensiyalarına uyğun qabaqcıl texnologiya və nailiyyətlər səviyyəsində peşəkar sahələrin funksiyalaşdırılması və inkişafını təmin edə bilən dünya ixtisas tələbləri səviyyəsində mütəxəssislərin, elmi və elmi-pedaqoji kadrların hazırlığı və yenidən hazırlanması;

- Ölkənin layiqli vətəndaşı olan şəxslərin hazırlanması;

- İdarəetmə və menecment sisteminin mükəmməlləşdirilməsi.

təhsil və elm sahəsində keyfiyyət siyasəti NU strategiyasının ayrılmaz tərkib hissəsidir və onun təhsil fəaliyyətinin planlaşdırılması üçün əsasdır.

 

     NU-nun təhsil və elmin keyfiyyəti sahəsində vəzifələrinə  daxildir:

- Təhsil proqramlarının strukturunu və məzmununu təkmilləşdirmək;

- biliklərə əsaslanan cəmiyyətin ehtiyaclarının təminatı üçün kadr hazırlığı yeni sahələrinin  açılması və mütəxəssislərin elit və kütləvi formalarının inkişaf etdirilməsi;

- İnnovasiya infrastrukturunun genişləndirilməsi, bilik və texnologiyaların köçürülməsi sahəsində kadr hazırlığı;

- Multidissiplinar, dissiplinlərarası fundamental və tətbiqi elmi tədqiqatların məzun hazırlığının yüksək keyfiyyətinə əsaslanan inkişafı;

- Azərbaycan Milli Elmlər Akademiyası, əlaqədar dövlət qurumları və digər ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirmək və gücləndirmək;

- İri işə götürən qurumlarla qarşılıqlı əlaqələrin genişləndirilməsi, onların təhsil prosesinin tərkibinin və formalarının müəyyənləşdirilməsində iştirakı və təhsil fəaliyyətinin maddi-texniki dəstəyinə nail olmaq;

- Müasir elmi və təhsil avadanlıqlarının alınması və əlaqədar infrastrukturun inkişafı vasitəsilə təhsil prosesinin maddi-texniki bazasının gücləndirilməsi;

- Universitetdə tələbələrin müstəqilliyinin və liderlik keyfiyyətlərinin inkişafı, biliklərin daim yeniləşdirilməsi, yüksək mədəni, sosial cəhətdən aktiv və harmonik inkişaf etmiş şəxsiyyətlərin formalaşdırılması;

- Dünya təhsilinin inkişaf tendensiyalarını və Bolonya prosesinin təcrübəsini nəzərə alaraq, kollektivdə keyfiyyət mədəniyyətinin formalaşdırılmasına, təhsilin yüksək keyfiyyətinə zəmanət verən  müasir idarəetmə sisteminin inkişafı.

 

      Qoyulmuş vəzifələri həll edərək universitet:

- Təhsilin keyfiyyəti meyarlarını nəzərə alaraq tədris prosesini təşkil edir, təhsilin keyfiyyətinə dair təhsil və digər normativ sənədləri hazırlayır və təkmilləşdirir;

- Azərbaycan Respublikası Təhsil Nazirliyi və Ali Təhsil Müəssisələri Cəmiyyəti tərəfindən yaradılan ali təhsilin keyfiyyətli idarəetmə şəbəkələrində iştirak edir. Təhsilin keyfiyyətinin idarə edilməsi problemləri ilə bağlı elmi və metodik görüşlər keçirir;

- Yeni təhsil texnologiyalarının istifadəsi üçün maddi şəraiti təmin edir;

- Təhsil prosesini həyata keçirən akademik institutlar, işəgötürənlər və şöbələrlə birbaşa və əks əlaqə təmin etmək mexanizmlərini yaradır;

- NU məzunlarının elm, təhsil, məşğulluq sahəsində ekspert-analitik fəaliyyətini aparır. Təhsilin keyfiyyətinin davamlı monitorinqini həyata keçirir;

- Tələbələri sistemli şəkildə elmi və praktik fəaliyyətə cəlb edir. Tələbələrin təşkilatçı kimi praktik hazırlıq formalarını inkişaf etdirir, gənc liderlərin tərbiyəsi sistemini təşkil edir. Tələbələrin yaradıcılıq potensialının aşkarlanması üçün şərait yaradır, onların şəxsiyyətlərinin özünütəsdiqinə kömək edir;

- Təhsilin keyfiyyətinin ekspert qiymətləndirilməsi və monitorinqini təmin edən təşkilati strukturları, o cümlədən  NU-nun Keyfiyyət Təminatı bölməsini yaradır və inkişaf etdirir;

- Təhsilin keyfiyyəti məsələləri üzrə tədrisi təşkil edir, əməkdaşların elmi və pedaqoji ixtisaslarının artırılması sistemini təkmilləşdirir. Təhsilin keyfiyyətinin yüksəlməsində universitet əməkdaşlarının marağını stimullaşdıran şərait yaradır.

- Ali rəhbərliyin, struktur yarımşöbələrinin vəzifə və səlahiyyətləri dəqiq müəyyənləşdirilir, əməkdaşların vəzifələri qanunvericilik çərçivəsində nizamlanır;

- Regional, milli və beynəlxalq əmək bazarının inkişaf perspektivlərinə uyğun olaraq işəgötürənlərin tələblərinə uyğun dəyişikliklərə vaxtında cavab verən hərtərəfli strateji və əməliyyat planlaşdırma sistemini yaradır;

- Müəllimlər və əməkdaşlar üçün innovativ motivasiya sistemi tətbiq edir;

- Dekan və kafedra müdirlərinın, professor-müəllim heyətinin və elmi işçilərin fəaliyyətinin effektivlik göstəricilərini hazırlayır;

 

     Vəzifələri:

- Tədris prosesində innovativ tədris metodlarından və yeni elmi nailiyyətlərdən istifadə etmək;

- Tələbələrin sərbəst iş effektliyinin artırılmasına xidmət etmək, təhsilin bütün mərhələlərində tələbələrin biliklərinin mənimsəmələrinə nəzarətin təkmilləşdirilmək;

- Boloniya prinsipləri əsasında müəllim, tələbə, magistrant və doktorantların akademik mobilliyinin artırılması üçün beynəlxalq mübadilə imkanlarından daha geniş istifadə etmək;

- Universitet, respublika və beynəlxalq layihələrdə, eləcə də olimpiada və müsabiqə proqramlarında iştirak etmək yolu ilə gəncləri elmi-pedaqoji fəaliyyətə cəlb etmək;

- NU-da xarici mütəxəssislərin təcrübəsindən geniş istifadə etmək;

- Bakalavriat və magistrantların daha effektiv şəkildə seçilməsinin forma və metodlarının  təkmilləşdirilməsi istiqamətində təkliflər verilməsində iştirak etmək;

- Aparılan elmi-tədqiqat işlərinin kommersiyalaşdırılması praktikasından geniş və effektli şəkildə istifadə etməklə universitetin dinamik inkişafının və maliyyə imkanlarının artırılmasını təmin etmək;

- Tədris, elmi və təşkilati fəaliyyət proseslərində hesablama texnikası, informasiya texnologiyaları vasitələrindən geniş istifadə etmək