Məzun Koordinasiya Mərkəzi

     Əziz məzunlar!

   Sizinlə bağlı səhifəmizə xoş gəlmisiniz. Bu səhifəni yaratmaqda məqsəd, məzunlar ilə “Naxçıvan” Universiteti arasında mövcud olan bağları möhkəmləndirmək, qazandığınız uğurlar barədə Universitetimizin tələbə və müəllim kollektivini, eləcə də universitetimizlə maraqlanan hər kəsi daha dərindən məlumatlandırmaq, əldə etdiyiniz nailiyyətlərin sevincini sizinlə birgə yaşamaq kimi məqsədləri qarşımıza qoymuşuq. Artıq məzunların “Naxçıvan” Universiteti ilə əməkdaşlığını gücləndirmək məqsədilə bir sıra addımlar atılmışdır, belə ki, universitetimizdə Məzun Koordinasiya Mərkəzi fəaliyyətə başlamışdır.

     Ümid edirik ki, siz həm bu təşkilatın fəaliyyətində yaxından iştirak edəcək, həm də universitetlə birbaşa əlaqələr qurmaqla, “Naxçıvan” Universiteti ilə məzunların sıx əlaqələrinin təmin edilməsinə öz töhfənizi verəcəksiniz. Biz sizin hər birinizi universitetdə yenidən görməyə, irəli sürəcəyiniz faydalı təşəbbüslərə dəstək verməyə şad olarıq. Unutmayın ki, sizin hər uğurunuzu öz uğurumuz hesab edir, sizinlə qürur duyuruq.

  Hörmətlə: “Naxçıvan” Universitetinin Məzun Koordinasiya Mərkəzi