Müzakirədə “Təbiət elmləri” kafedrasının müdiri dosent A.Y.Səfərov çıxış edərək yeni 2017-2018-ci tədris ilinin başlanması münasibəti ilə kafedra müəllimlərini təbrik etmiş, yeni tədris ilinə hazırlığın vəziyyəti və qarşıda duran məsələlər barədə danışmışdır.
Qeyd olunmuşdur ki, hər bir müəllim təqvim-tematik plan, fərdi iş planı hazırlamalı, orada açıq və İKT dərslərinin tarixini göstərməli, mühazirə dərslərinin kağız və elektron variantını hazırlamalı, ayrı-ayrı fənlər üzrə fənn sillabusu tərtib etməli, test suallarını hazırlamalı, tələbələrə aktual TEC mövzuları verməklə, müəllimlər Naxçıvan mühitini əhatə edən mövzularla bağlı ENS hazırlamalıdır.
O da qeyd olunmuşdur ki, müəllimlər tədris etdikləri mühazirə və seminar məşğələlərini yeni tədris vəsaitlərindən istifadə etməklə işlərini təşkil etməlidir.
Aparılan ETİ-nin nəticələri barədə universitetin “Elmi əsərlər” jurnalında məqalələr çap etdirib yazdıqları əsərlər haqqında kafedraya məlumat verməlidir. Kafedra iclasında pedaqoji fakültənin dekanı dos. M.İ.İsmayılov, tyutor İ.Q.Həsənov iştirak etmişlər.
Kafedra əməkdaşlarından b/m Ə.K.Qurbanov, b/m E.Y.Seyidova, dosent H.S.Seyidova çıxış edərək yeni dərs ilində təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün öz tövsiyələrini bildirmişlər.
İclasın yekununda 2017-2018-ci tədris ilinə hazırlığın vəziyyəti qənaətbəxş hesab edilmişdir.
Bizimlə əlaqə:
Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi