Gürcüstanın Akaki Tsereteli Universitetinin koordinatorluğu ilə həyata keçirilən AESOP layihəsinin növbəti təlimi Portuqaliyanın Braqa şəhərində yerləşən Minho Universitetində keçirilir.Tədbirdə partnyor Universitet kimi iştirak edən “Naxçıvan” Universitetini Tədris şöbəsinin müdiri Anar Abuzərli, Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Rəcəb Cəfərli, Layihə koordinatoru Elmira Hüseynova və “Xarici dillər” kafedrasının müdiri Anara Nəsirli təmsil edirlər.
Azərbaycan, Ukrayna və Gürcüstandan nümayəndələrin də iştirak etdiyi təlimin keçirilməsində məqsəd universitetlərdə ombudsman aparatlarının funksiya və strukturunun nəzəri və praktik cəhətdən öyrənilməsindən ibarətdir.
Tədbiri giriş sözü ilə açan Tələbə Ombudsman Aparatının rəhbəri Paula Cristina Martius iştirakçıları salamlamış və təlimin mahiyyəti haqqında geniş məlumat vermişdir. Daha sonra təlim əvvəlcədən müəyyənləşdirilmiş proqram üzrə öz işinə başlamışdır.
Qeyd edək ki, təlim 26 may 2017-ci il tarixədək davam edəcəkdir.
Bizimlə əlaqə:
Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi