5-6  may 2022-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə Baku Marriott Boulevard Hoteldə “Ali təhsildə keyfiyyət təminatı" adlı  Beynəlxalq Forumu keçirilib.

 Forumun məqsədi ali təhsildə daxili və xarici keyfiyyət təminatı, tədqiqat potensialının inkişafı, eləcə də ali təhsil müəssisələrinin əmək bazarı ilə əlaqələndirilməsi məsələlərinin müzakirəsi olub.

 Forumda Latviyanın Ali Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (ACA / AIKA) sədri Jolanta Silka, Birləşmiş Krallığın Ali Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (QAA) direktoru Vicki Stott, Niderland Krallığı və Flandriya Akkreditasiya Təşkilatının (NVAO) direktoru Luut Kroes və Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin (CEENQA) vitse-prezidenti Olgun Çiçek ali təhsildə daxili və xarici keyfiyyət təminatı sisteminin Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlara (ESG) uyğun təşkil edilməsi, ATM-lərin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılmasında xarici keyfiyyət təminatının rolu və digər bu kimi məsələlərə toxunublar.

 İki gün davam edən Forumun ilk günündə panel müzakirələr zamanı keyfiyyət təminatı sahəsi üzrə Avropa və dünyanın qabaqcıl beynəlxalq təşkilatlarından olan Türkiyə Respublikasının Ali Təhsildə Keyfiyyət Təminatı Şurasının (YÖKAK) sədri, Niderland Krallığı və Flandriya Akkreditasiya Təşkilatının (NVAO) direktoru, Qazaxıstan Respublikasının Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyinin (IAAR) direktoru, Latviyanın Ali Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (ACA / AIKA) sədri tərəfindən ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılmasında xarici keyfiyyət təminatının rolu, ali təhsil müəssisələrinin tədqiqat potensialının inkişafında xarici keyfiyyət təminatının rolu və digər bu kimi məsələlərə toxunulub və tədbir iştirakçılarının sualları cavablandırılıb.  

 Forumun ikinci günündə isə ali təhsil müəssisələrinin nümayəndələri (daxili keyfiyyət təminatı strukturunun əməkdaşları, dekan, tədris şöbələrinin müdirləri və s.) üçün beynəlxalq ekspertlər tərəfindən praktik vorkşoplar keçirilib.

 Məlumat üçün bildirək ki, Beynəlxalq Forumda “Naxçıvan” Universitetini, ali təhsil ocağının Tədris və tərbiyə işləi üzrə prorektoru, dosent Hüseyn Bağırsoylu və Keyfiyyət Təminatı Mərkəzinin müdiri Könül Babayeva təmsil edib.

 

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image