“Naxçıvan” Universitetinin iştirak etdiyi Aesop Erasmus Plus layihəsi çərçivəsində yaradılacaq tələbə ombudsman aparatı haqqında bütün fakultələrdə silsilə şəkildə təlimlər keçirilir. Növbəti təlim Pedaqoji fakultədə 27.02.2018-ci il tarixdə Pedaqogika və psixologiya kafedrasının müəllimi Aygün Rüstəmovanın rəhbərliyi ilə “Şəxsiyyətin formalaşması və onun xarakterik xüsusiyyətləri” başlığı altında baş tutmuşdur. Təlimdə şəxsiyyətin formalaşmasına təsir edən amillər, şəxsiyyətin xarakterik xüsusiyyətləri, psixotiplər barədə geniş məlumat verilmişdir. Təlim fakultə əməkdaşlarının və tələbələrinin marağına səbəb olmuşdur.
Bizimlə əlaqə:
Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi