28 May Respublika Günü ilə əlaqədar “Naxçıvan” Universitetinin müəllim və tələbələrin rəsm və əl işlərindən ibarət sərgisi təşkil olunub.Sərgiyə baxmazdan əvvəl ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev çıxış edərək bu günün tarixi əhəmiyyətindən danışmış və bu istiqamətdə təşkil edilən sərgilərin əhəmiyyətini vurğulamışdır. Bildirilmişdir ki, xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq müstəqil Azərbaycan dövlətini yaratdı. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa olundu.
Məlumat üçün qeyd edək ki, sərgidə müəllim və tələbələrin 100-ə yaxın rəsm əsəri, eləcə də, 50-ə yaxın əl işləri nümayiş etdirilib. Sərgidə nümayiş etdirilən rəsm əsərləri muxtar respublikda keçirilən müxtəlif müsabiqələrdə mükafat və diplomlara layiq görülüb.
Bizimlə əlaqə:
Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi