Bu gün ali təhsil ocağında “Davamlı inkişaf və texnoloji innovasiyalar” mövzusunda konfrans keçirilib.

 Konfransda universitetinin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, müasir dövrün ən aktual məsələlərindən biri də müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində görülən mühüm işlərdir. Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayan rektor qeyd edib ki, bu gün həyatımızın elə bir sahəsi yoxdur ki, orada müasir texnologiyalar tətbiq edilməsin. Artıq insanlar bu yeniliklərin bəhrəsini görürlər. Dövlət başçısının təşəbbüsü və qayğısı ilə həyata keçirilən tədbirlər nəticəsində indi  Azərbaycan əhalisinin 70 faizi aktiv internet istifadəçisinə çevrilib. Ucqar kəndlərimizdə belə genişzolaqlı internet şəbəkəsi genişləndirilib. Ümumiyyətlə, respublikada informasiya-kommunikasiya texnologiyalarının inkişafı üçün bir çox layihələrin icrasına başlanılıb. Bütün bunlar yaxın gələcəkdə Azərbaycanı daha da irəliyə aparacaqdır.

 Sonra “Riyaziyyat və informatika” kafedrasının müəllimləri Türkan Əlibəyli “Azərbaycanda innovativ informasiya iqtisadiyyatının formalaşması xüsusiyyətləri və problemləri”, Azər Babayev “Müasir informasiya və kommunikasiya texnologiyaları əsasında texnoloji proseslərin avtomatlaşdırılması”, “İnformasiya texnologiyaları” ixtisası üzrə III kurs tələbəsi Sunay Əliyeva isə  “İnformasiya cəmiyyəti quruculuğunun yeni vəzifələri və istiqamətləri” mövzusunda məruzələrlə çıxış ediblər.

  Yekunda konfrans iştirakçılarının suallarına aydınlıq gətirilib.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image