Ali təhsil ocağında “İslam dini və Azərbaycan” mövzusunda elmi konfrans keçirilib.

 Konfransda “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva Naxçıvan MR-da dini - mənəvi dəyərlər sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə Ali Məclisin 29 mart 2022-ci il tarixində həyata keçirdiyi müşavirədən bəhs edib. Bildirib ki, bu müşavirə ali təhsil müəssisələrini də bu sahədə bir sıra mühüm işlər görməyə vadar edib.

  Universitetdə “Dinşünaslıq” ixtisasının tədris olunmasından danışan rektor qeyd edib ki, 2015-2016-cı tədris ilindən bu ixtisasa aid olan bütün fənlər yeni yaradılmış “İlahiyyat” kafedrasında cəmləşdirilib. Qeyd edib ki, bu kafedrada müxtəlif vaxtlarda hami dövlət qurumları ilə birlikdə “Müasir dövrdə gənclərin tərbiyəsində islamın rolu”, “İslam dinində vətənpərvərlik və şəhidlik”, “İslam dinində mənəvi tərbiyə” kimi bir sıra mövzularda elmi konfranslar keçirilib. 

  N. Əliyeva konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, bu kimi tədbirlərin keçirilməsi müxtəlif millətlərə və məzhəblərə mənsub insanların mədəni müxtəlifliyinin qorunmasına yönəldilib. Ali və orta ixtisas təhsili müəssisələrində dini-mənəvi dəyərlərimizin, islam tarixinin, əxlaqının əsas prinsipləri barədə mühazirələrin təşkil olunması, gənclərdə bilik, dini təsəvvürlərin artırılması ən vacib məsələlərdən biridir.  Hami müəssisə olan Naxçıvan MR Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi ilə birgə dinşünaslıq ixtisası üçün kadr hazırlığının təkmilləşdirilməsi, din sahəsində sağlam ictimai şüuru formalaşdıran mütəxəssislərin hazırlanması ali təhsil müəssisənin qarşısındakı ən ümdə məsələdir.

 Konfransda “İlahiyyat” kafedrasının müəllimləri Sahib Məmmədovun “İslam bəşəri bir dindir”, Ayaz Axundovun “İslam dininin fərdə və cəmiyyətə təsiri”, Nərgiz Məmmədlinin “Azərbaycanda Xəlvətiyyə təriqətinin piri Seyid Yəhya Bakuvi” mövzularındakı, “Dinşünaslıq” ixtisası IV kurs tələbəsi Zeynəb Səfərovanın isə “Azərbaycan Respublikasındakı tarixi məscidlər” adlı məruzəsi dinlənilib.

  Yekunda tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image