Yığıncağı giriş sözü ilə ali təhsil ocağının tədris şöbəsinin müdiri Anar Abuzərli açaraq bildirib ki, xalqımızın və dövlətimizin taleyinin həll olunduğu bir zamanda meydana çıxan Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətinin inkişafı üçün son dərəcə əhəmiyyətli və yeni tarixi mərhələnin əsasını qoyub. Tarixi zərurətdən yaranmış Yeni Azərbaycan Partiyası bu gün Heydər Əliyev dövlətçilik və idarəçilik məktəbinin layiqli yetirməsi, ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf edir, dövlətin daxili və xarici siyasətinin uğurla həyata keçirilməsində böyük rol oynayır.
Yığıncaqda Universitet YAP gənclər təşkilatının sədri Validə İmayılova çıxış edərək muxtar respublikamızda gənclərə göstərilən qayğıdan, onlar üçün yaradılmış hərtərəfli şəraitdən bəhs etmişdir.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.