2018-ci ilin aprel ayının 28-29-da Bakı şəhərində Azərbaycan Respublikası Vergilər Nazirliyi və Auditorlar Palatası da daxil olmaqla nüfuzlu birlik və təşkilatların dəstəyi ilə 2-ci Milli Mühasibat Forumu keçirilimişdir. Həmin forumda mühasibatlıq və vergi sahəsində yazılmış 50-yə yaxın kitab müsabiqəyə buraxılmışdır. Vergi qanunvericiliyi sahəsində yazılmış kitablar arasında Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin əməkdaşları və “Naxçıvan” Universitetinin müəllimi İsmayıl Bağırovun və Təbiət Tağıyevin “Vergi məcəlləsinin xüsusi hissəsinin praktik izahı” adlı kitabı birinci yerə layiq görülmüşdür.
Bu günlərdə həmin kitabın “Naxçıvan” Universitetində təqdimat mərasimi keçirildi. Tədbiri giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev giriş sözü ilə açaraq müəllifləri təbrik etmiş, kitabın məziyyətləri barədə söhbət açmışdır. Bildirilmişdir ki, dərs vəsaitində Azərbaycan Respublikasının vergi sisteminin strukturu, ökədə fəaliyyət göstərən bütün vergi növləri maddələrlə izah edilmiş, vergilərin hesablanması sahəsində müxtəlif məsələlərin həlli nümunələri öz əksini tapmışdır. Hər bir fəslin sonunda isə istifadəçilərin xüsusən də vergi orqanlarında işləmək arzusunda olan namizədlərin sərbəst hazırlığı üçün mövzulara aid test tapşırıqları və praktik məsələlər verilmişdir. Dərs vəsaiti iqtisadi ixtisaslar üzrə təhsil alan tələbələr, magistrlər, doktorantlar, müəllimlər, mühasiblər, iqtisadçılar, vergi sistemi işçiləri həmçinin vergitutmanın əsaslarını müstəqil surətdə öyrənmək istəyənlər üçün nəzərdə tutulmuşdur.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin şöbə müdiri Abbas Səfərovun, Naxçıvan Dövlət Universiteti “Dünya iqtisadiyyatı” kafedrasının müdiri Ceyhun Mahmudovun və Universitetin İqtisadiyyat kafedrasının müəllimi Zahid Qənbərovun çıxışları dinlənilmişdir. Bildirimişdir ki, adıçəkilən kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısının nəticəsi olaraq vergi orqanı sahəsində çalışan əməkdalara öz fəaliyyətlərini həyata keçirmək üçün yaradılmış işgüzar şəraitə verilmiş qiymətdir.Bu kitab vergi qanunvericiliyi ilə maraqlanan vətəndaşların, vergi sahəsində fəaliyyət göstərən əməkdaşların, mühasiblərin stolüstü kitabına çevriləcəkdir.
Sonra müəlliflər göstərilən qayğıya, yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlıq etdilər. Sonda Universitet rəhbərliyi tərəfindən ali təhsil olcağının müəllimi İsmayıl Bağırova şəxsi işinə yazılmaqla təşəkkür elan edildi.