Rektor universitetin kollektivi ilə görüşüb

      “Naxçıvan” Universitetinin rektoru, dosent Anar Kazımovun ali təhsil ocağının kollektivi ilə görüşü olub.

   Universitetin potensialının gücləndirilməsi və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə həyata keçiriləcək tədbirlərdən söhbət açan rektor ölkə təhsilinin qarşısında duran böyük işlərdən, Azərbaycan təhsilinin dünya təhsilinə inteqrasiyasından danışaraq dövrün təhsil trendlərinin tələblərindən danışıb.

   Görüşdə cari tədris ilinin 2-ci semesterində tədrislə bağlı məsələlər, pedaqoji kollektivin təkmilləşdirilməsi məsələləri, universitetin strateji inkişaf planı, tədris prosesinin təşkili, tədqiqat və innovasiyalar üzrə cari məsələlər müzakirə edilib. Həmçinin 2022-2023-cü tədris ilində NU-da görülən işlərdən bəhs edilib, perspektiv fəaliyyətlər barədə fikir mübadiləsi aparılıb.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image