Tədbirdə təcrübəçi tələbələr, şagirdlər, pedaqoji təcrübə üzrə metodistlər, pedaqoqlar iştirak etmişlər. Tədbirin proqramına uyğun olaraq “Coğrafiya müəllimliyi” ixtisasının III kurs tələbəsi Nəcmi Qasımov giriş sözü ilə çıxış etmiş və tədbirin əhəmiyyətindən danışmışdır.
Tədbirdə universitetin “Coğrafiya müəllimliyi” ixtisasının III kurs tələbələri Gülər Əliyeva, Rafət Hacılı, Məlahət Rüstəmova müxtəlif mövzularda çıxışlar edərək şagirdləri maraqlandıran sualları cavablandırmışdılar.
Tədbirdə universitetin “Təbiət elmləri” kafedrasının müəllimləri dos. Həmidə Seyidova, Natiqə Salmanova, Aynurə Qulamova, pedaqoqlar Aygün Rüstəmova, Aytən Məmmədova iştirak etmişlər.
Sonda dos. H.Seyidova çıxış edərək tədbirin şagirdlər üçün maarifləndirici əhəmiyyətindən danışmış və ekoloji çirklənmə ilə əlaqədar slaydlar nümayiş etdirilmişdir.