Bu gün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan” Universitetində “Vərəsəlik hüququ və şərtləri” mövzusunda növbəti maarifləndirici seminar keçirilib. Seminarda universitetin pedaqoji heyəti və müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr iştirak edib.
Seminarda “Naxçıvan” Universitetinin Pedaqoji fakültəsinin dekanı İsmət Həsənov, Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət şöbəsinin rəis müavini əvəzi, I dərəcəli ədliyyə qulluqçusu Ələkbər Hüseynov, Qeydiyyat və notariat şöbəsinin Hüquqi şəxslər və vətəndaşlıq bölməsinin rəisi, I dərəcəli ədliyyə qulluqçusu Həbibə Əliyeva, Qeydiyyat və notariat şöbəsinin Notariat bölməsinin baş məsləhətçisi, II dərəcəli ədliyyə qulluqçusu Nərminə Əlizadə və Naxçıvan Şəhər 1 saylı Notariat Ofisinin notariusu Cavid Eyvazov çıxış ediblər.
   Məruzəçilər “Vərəsəlik nədir, kimlər vərəsə ola bilərlər”, “Vəsiyyətnamənin dəyişdirilməsi, ləğvi və vəsiyyət tapşırığı”, “Vəsiyyətnamənin forması və vərəsəlik şəhadətnaməsi” və “Mirasın qəbulu, qorunması və bölüşdürülməsi qaydaları” mövzularına dair qanunvericilikdə nəzərdə tutulmuş əsas məqamlar barədə məlumat veriblər.
   Vurğulanıb ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir və vəsiyyətdə bir miras qoyanın sərəncamı olmalıdır. Vəsiyyətin iki və ya daha çox şəxs tərəfindən birgə tərtibinə yol verilmir. Yalnız ərlə arvad qarşılıqlı vərəsəlik haqqında birgə vəsiyyətnamə tərtib edə bilərlər. Bu vəsiyyət ərin və ya arvadın tələbi ilə, lakin onların hər ikisinin sağlığında ləğv edilə bilər.
   Seminar qarşılıqlı diskussiya şəklində davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image