“Naxçıvan” Universitetində Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə “Müəllim tələbə münasibətlərinin pedaqoji psixoloji aspektləri” mövzusunda konfrans keçirilib. Konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev açaraq keçirilən tədbirin mahiyyətini vurğulayıb.
Konfransda Pedaqogika və psixologiya kafedrasının müəllimləri Təranə Əliyevanın “Müəllim tələbə münasibətləri təlimin səmərəliliyinin əsas komponenti kimi”, Aygün Rüstəmovanın “Müəllim tələbə münasibətlərinin psixoloji əsasları”və həmin kafedranın müdiri Nəzakət Yusifovanın “Müəllim tələbə münasibətlərində pedaqoji ustalığın rolu” mövzularında çıxışları dinlənilmişdir. Bildirilmişdir ki, təhsil islahatlarının tələblərinin yerinə yetirilməsində, ilk növbədə, müəllim təlimin yeni texnologiyalarını mənimsəməli, yeni proqram və drəsliklərdən fənn kurikulumunun tələblərindən irəli gələn dəyişiklikləri tətbiq etməyi bacarmalıdır.
O da vurğulanmışdır ki,müəllim məktəbdə həm təlim, həm də geniş tərbiyə işi, aparır Müəllim gənc nəsli gələcək həyata və cəmiyyətə hazırlamaq, vətənpərvər gənclər yetişdirmək,kimi müqəddəs bir vəzifəni yerinə yetrir. Bu vəzifənin uğurla həyata keçirilməsi isə müəllimin pedaqoji ustalığından əsaslı surətdə asılıdır.