18.05.2017 tarixində İdarəetmə fakültəsinin Maliyyə, Mühasibat uçotu və audit və Biznesin idarəedilməsi ixtisasları üzrə IV kurs tələbələrinin 4 həftəlik istehsalat təcrübəsinin başlanğıc konfransı keçirilib. Konfransda çıxış edən “Naxçıvan” Universitetinin Tədris işləri üzrə prorektoru, dosent İbrahim Kazımbəyli tələbələrə istehsalat təcrübəsinin əhəmiyyətindən və təcrübə qaydalarından danışaraq onlara uğurlar arzulayıb. Qeyd edək ki, Maliyyə ixtisasının tələbələri Naxçıvan şəhərində fəaliyyət göstərən banklarda, Mühasibat uçotu və audit ixtisasının tələbələri Naxçıvan MR Maliyyə Nazirliyində, Biznesin idarəedilməsi ixtisasının tələbələri isə Naxçıvan MR Vergilər Nazirliyində təcrübədə olacaqlar.
Bizimlə əlaqə:
Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi