Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası ilə bağlı növbəti görüş keçirilib.

   Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə “Büdcə təşkilatlarında mühasibat uçotunun təşkili və aparılması qaydaları” mövzusunda keçirilən görüşdə “Naxçıvan” Universitetinin “İdarəetmə” fakültəsinin dekanı Tural Məmmədzadə keçirilən tədbirlərin və tələbələrlə təşkil olunan görüşlərin əhəmiyyətindən danışaraq bildirib ki,  Sərəncamın icrası istiqamətində hami təşkilat və universitet arasında mütəmadi görüşlər tələbələrin gələcəkdə düzgün peşə seçimində, peşəkar kadr kimi yetişməsində, təhsil aldıqları ixtisasların sirlərinə dərindən yiyələnmələrində müstəsna rola malikdir.     

   Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşları Anar Həsənov mövzu ilə bağlı geniş məlumat verib.

   Yekunda görüşdə iştirak edən universitetin “Maliyyə”, “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil alan tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.

 

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image