03-04 oktyabr tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akreditasiya və Nostrifikasiya idarəsi ilə Avropa Birliyinin TAİEX təşkilatı təlimlər təşkil etmişdir. İki gün davam edən təlimlərdə “Naxçıvan” Universitetini Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli təmsil etmişdir. Təlimdə diqqətə çatdırıldı ki, Azərbaycanın ali təhsil ocaqlarında akkreditasiya standartları Avropa ali təhsil standartları əsasında yenidən formalaşdırılır. Təhsil Nazirliyi tərəfindən Azərbaycan universitetlərində daxili keyfiyyətin təminatı sisteminin qurulması və sturukturunun formalaşdırılmadında müəyyən işlər həyata keçirilir.
Bu sistemin müvəffəqiyyətlə qurulması və inkişaf etdirilməsi universitetlərin Avropa təhsil standartlarından səmərəli istifadəsinə şərait yaradır. Məhz təşkil edilən bu təlimlərdə əsas məqsəd ali təhsil ocaqlarında “Daxili keyfiyyətin təminatı sisteminin yeni standartlarda qurulmasını təmin etməkdir. Təlimlər Finlandiyanın Laplan universiteti ilə Estonyanın Tallin Universitetinin mütəxəssisləri tərəfindən keçirilmişdir.