“Naxçıvan” Universitetində XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq Şairi, filologiya elmləri doktoru, professor Xəlil Rza Ulutürkün 90 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.  

 Müəllim-tələbə heyətinin iştirak etdiyi konfrans Xəlil Rza Ulutürkün həyat və fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

 Sonra “Azərbaycan dili və ədəbiyyat” kafedrasının dosenti Arifə Zeynalovanın təşkilatçılığı ilə Xəlil Rza Ulutürkün şeirləri əsasında  “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisası üzrə I kurs tələbələrinin hazırladıqları “Türkün haqq səsi-Xəlil Rza Ulutürk” adlı  ədəbi-bədii kompozisiya özünün gözəlliyi, bitkinliyi ilə izləyicilərin alqışlarına səbəb olub.

 Uğurlu tamaşa ilə əlaqədar tələbələri təbrik edən  “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva X.R.Ulutürkün çoxşaxəli yaradıcılığı ilə bağlı məruzə edib. Bildirib ki, Xəlil Rza sözün həqiqi mənasında qəhrəman bir şəxsiyyətdir. Onun bütün yaradıcılığı rəşadətlə, bitib-tükənməyən mübarizə ilə, zülmə qarşı üsyan bayrağı qaldırmaqla səciyyələnir. Buna görə də yaradıcılığı boyu qələmə aldığı misralarında vətən məhəbbəti, torpaq sevgisi, sülh, əmin-amanlıq, azadlıq kimi dəyərlər həmişə ana xətt olaraq davam edib. Azərbaycanı sevən, onun müstəqil dövlət olması arzusu ilə yaşıyan və çarpışan, bütün buxovları qırmaq, zəncirləri yox etmək, müstəmləkə və zülmün qarşısına sədd çəkmək istəyi onu azadlıq şairinə çevirib.

Bizimlə əlaqə:

Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi

info@nu.edu.az

+994 36 545 15 16

Sürətli keçidlər:

FAQ

Bloq

Sosial media:

Image