“Naxçıvan” Universiteti 1999-cu ildən bəri ABŞ-ın Perdu Universiteti ilə sıx əlaqə saxlayır. Mərkəzi Asiyada Səmərəliliyin Tədqiqi Mərkəzinin əsasını qoyanlardan biri Perdu Universitetinin professoru bir neçə dəfə “Naxçıvan” Universitetində olmuş və bir çox sahələrdə, belə ki: iqtisadiyyat və onun inkişaf modelləri, özəlləşdirmə və onun perspektivləri, bank işi və onun təşkili, qloballaşdırma dövründə Azərbaycan və s. mövzularda tədbirlər və konfranslar keçirmişdir. ABŞ-ın Perdu Universitetinin professorları Cəmaləddin Hüseyn, Hyu Daubek, Tanya və digərləri “Naxçıvan” Universitetinin tələbə və müəllimləri qarşısında mühazirələr oxumuşlar.
“Naxçıvan” Universiteti və adı çəkilən ABŞ-ın Perdu Universiteti arasındakı sıx əlaqənin nəticəsi olaraq “Naxçıvan” Universiteti və Naxçıvan Dövlət Universitetinin rəssam tələbələrinin 100-dən artıq rəsmi işi (sulu və yağlı boya ilə çəkilmiş) ABŞ-a göndərilmiş və onlar Amerikanın bir çox ştatlarında beynəlxalq sərgilərdə nümayiş etdirilmiş və rəssam tələbələr beynəlxalq sertifikatlarla mükafatlandırılmışdır. Eyni zamanda E.Heminquey irsinin təbliği ilə bağlı “Naxçıvan” Universitetinin məzunu Yusif Əliyev E.Heminquey yaradıcılığı ilə dərindən məşğul olmuş və bu sahədə elmi iş müdafiə etmişdir.
“Naxçıvan” Universitetinin iki əməkdaşı dünyanın 70-ə yaxın ölkəsinin daxil olduğu Mərkəzi Asiyada Səmərəliliyin Tədqiqi Mərkəzinin həqiqi üzvləridirlər.
Bizimlə əlaqə:
Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi