5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə “Naxçıvan” Universitetində tədbir keçirilib. İlk əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq şərəfli peşə sahiblərini təbrik edib,müəllim əməyinə verilən qiymətdən danışıb. Bildirilib ki,ulu öndər xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra milli təhsilimizin yenidən qurulmasına diqqətlə yanaşmağa başlamışdır. Milli təhsilimizin məzmunca təkmilləşdirilməsi, müasir dünya təcrübəsi və milli ənənələr əsasında inkişafı təmin edilmiş, azərbaycançılıq ideologiyasını özündə əks etdirən tədris proqramları,çoxsaylı dərsliklər hazırlanmış, ayrı-ayrı təhsil sahələri və fənlər üzrə yeni standartlar tətbiq edilmişdir. “Mən müəllim adından yüksək ad tanımıram” deyən ulu öndər aradan uzun illər keçməsinə baxmayaraq, ona dərs deyən müəllimlərin adlarını, soyadlarını hər zaman xatırlamış, onlar haqqında səmimiyyətlə danışmış, hörmət və ehtiramını bildirmişdir.
Rektor onu da diqqətə çatdırmışdır ki,ölkəmizdə aparılan təhsil quruculuğu muxtar respublikamızda da uğurla həyata keçirilirir. Belə ki, göstərilən yüksək diqqət və qayğı sayəsində son illər 200-dən artıq təhsil müəssisəsi tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. Təkcə 2017-ci ildə 6 məktəb binası istifadəyə verilmişdir. Hazırda 7 məktəbin tikintisi və ya əsaslı şəkildə yenidən qurulması davam etdirilir.Muxtar respublikada müəllim və pedaqoji kollektivlərin əməyi yüksək qiymətləndirilmiş, 75 müəllim “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, 94 müəllim “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adlarına layiq görülmüş, 64 müəllim “Tə rəqqi” medalı ilə təltif edilmişdir.
Sonda universitet tələbələri müəllimlərə həsr edilmiş şeriləri bədii qiraət etmişlər.