Turda universitetin “Turizm və otelçilik” ixtisası IV kurs tələbələri və digər ixtisas tələbələri iştirak edirdi. Qatarla yola düşən tur iştirakçılarına c.ü.f.d, dosent Nazim Bababəyli maraqlı faktlar haqqında məlumat verdi. Gülüstan türbəsində turun təşkilatçısı Şahnaz Məmmədova tələbələrə türbə və onun tarixiylə bağlı geniş məlumat verdi.