“Təbiət elmləri” kafedrasının müdiri dos. A.Y.Səfərov “Coğrafiya müəllimliyi” ixtisasının IV kurs tələbələrinə S/F-Azərbaycanın Dövlət Təbiət Qoruqları və yasaqlıqları fənnindən “Azərbaycanda Dövlət Təbiət Qoruqları və yasaqlıqlarının məqsəd və vəzifələri, onların yaranma tarixi, yerləşdiyi ərazi və sahələri” mövzusunda İKT ilə dərs keçmişdir.
Dərsin gedişatında kafedranın baş müəllimi E.Y.Seyidova, kafedranın baş laborantı N.H.Salmanova iştirak etmişlər.
Sonda tələbələrin verdiyi suallar cavablandırılmış və Azərbaycanın Dövlət Təbiət Qoruqlarından bəhs edən qısa metrajlı film nümayiş etdirilmişdir.
Bizimlə əlaqə:
Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi