Fakültə dekanı dosent M.İsmayılov çıxış edərək kafedrada iki istiqamət üzrə 10 Elmi tədqiqat işinin yerinə yetirildiyini bildirmişdir.
Kafedra əməkdaşlarından dosent R.Ə.Həsənovun "Cəbrdən proqram və dərs vasitələrinin hazırlanması üzərinə qoyulan didaktik tələbləri" və dosent Ə.M.Məmmədovun "Beş tərtibli bir tam operator-diferensial tənliyin requlyar həll olunması" işlərinin müzakirəsi oldu.
İclasda ETİ-nin aktuallığı, elmi təkliflər və yeniliklər geniş müzakirə edildi.