İclasda kafedranın əməkdaşlarından dos. A.Y.Səfərovun “Naxçıvan MR-də bitki biomüxtəlifliyi, onların qorunmasında qoruq və yasaqlıqların rolu”, b/müəllim Ə.K.Qurbanovun “Naxçıvançay hövzəsində yerləşən su anbarlarının ekoloji problemləri”, b/m E.Y.Seyidovanın “Naxçıvan Muxtar Respublikasında alçaq dağlıq zonada ətraf mühitə texnogen təsir” mövzularında elmi tədqiqat işlərinin müzakirələri dinlənildi.
İclasda ETİ-nin aktuallığı, həmçinin irəli sürülən elmi təkliflər və yeniliklər haqqında ətraflı müzakirələr aparıldı.
Qeyd olundu ki, elmi tədqiqat işləri tələbata uyğun hazırlanmış, mövzulara uyğun müəyyən nəticəyə gəlinmişdir.
İclasda Pedaqoji fakültənin dekanı dos. M.İ.İsmayılov, tyutor İ.Q.Həsənov, fakültə katibi F.Hüseynova, kafedranın laborantı N.H.Salmanova iştirak etmişlər.
Sonda aparılan elmi tədqiqat işləri qənaətbəxş hesab olunmuş və verilən suallar tədqiqatçılar tərəfindən ətraflı cavablandırılmışdır.