Yarışmada hər birində 6 nəfər olmaqla 4 komanda “Vətən”, “Qafqaz”, “Əlincə” və “Atlantik” komandaları iştirak etmişlər.
Bilik yarışmasında, ümumilikdə, coğrafiya fənninə dair 22 sual səsləndirilmiş, hər bir suala 2 dəqiqə vaxt verilmişdir. Tələbələrin biliyi 7 nəfərdən ibarət heyət üzvlərinin birgə qərarı əsasında hər düzgün cavaba 1 bal verilmək şərtilə qiymətləndirilmişdir.
İştirak edən komandalardan “Vətən” komandası 1-ci yerə, “Əlincə” komandası 2-ci yerə, “Qafqaz” komandası isə 3-cü yerə layiq görülməklə qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
Yarışmanın gedişində Pedaqoji fakültənin dekanı dos. N.S.Əliyeva, “Təbiət elmləri” kafedrasının müdiri dos. A.Y.Səfərov, universitet kitabxanasının müdiri dos. A.N.Behbudova, “Pedaqogika və psixologiya” kafedrasının müəllimi A.Ə.Rüstəmova, “Təbiət elmləri” kafedrasının müəllimləri N.H.Salmanova, A.H.Qulamova, İ.Q.Həsənov iştirak etmişlər.