14 may 2018-ci il tarixdə “İqtisadiyyat” kafedrasında “Naxçıvan MR-da Turizmin inkişafı: müasir vəziyyəti və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransı giriş sözü ilə “Naxçıvan” Universitetinin tədris işləri üzrə prorektoru Hüseyn Bağırsoylu açdı. Konfransda Naxçıvan MR Turizm Departamentinin direktoru Əkbər Novruzov “Naxçıvan MR-da turizmin inkişaf imkanları” mövzusunda, Naxçıvan Dövlət Universitetinin “Turizm” kafedrasının müdiri Flora Kərimova “Turizmin inkişafında ixtisaslı kadr hazırlığı məsələləri” mövzusunda, “Naxçıvan” Universiteti “İqtisadiyyat” kafedrasının dosenti Əli Cabbarov “Naxçıvan MR-da müalicə turizmi ehtiyatlarından istifadə məsələləri” mövzusunda, “Naxçıvan” Universiteti “İqtisadiyyat” kafedrasının müəllimi Şahnaz Məmmədova “Naxçıvan MR-da otel təsərrüfatı potensialından istifadə” mövzusunda və “Turizm və otelçilik” ixtisasının IV kurs tələbəsi Anar Qurbanov “Ekskursiyaların keçirilməsində regional faktorların rolu” mövzusunda məruzə etmişlər. Elmi-praktiki konfrans işgüzar şəraitdə keçdi və müəyyənləşdirildi ki, belə konfransların keçirilməsi turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələrin biliyinin artırılmasında rolu böyükdür.
Bizimlə əlaqə:
Naxçıvan şəhəri, Babək məhəlləsi 1, "Naxçıvan" Universiteti şəhərciyi