Tədbiri fakültənin müəllimi İsmət Həsənov açaraq "Tələbə həftəsi"nin əhəmiyyətindən danışıb. Çıxışında "Tələbə həftəsi"nin önəmindən, tələbələrin ölkə həyatında tutduqları yerdən danışıb.Bildirib ki, Prezident İlham Əliyevin ali təhsilə, tələbələrə verdiyi önəmin göstərici olaraq son illərdə tələbələrin keyfiyyətli təhsil almaları, onların sosial rifah halının yaxşılaşdırılması istiqamətində xeyli işlər görülür, ali təhsil sistemi beynəlxalq keyfiyyət proqramlarına cavab verməsi üçün lazımi addımlar atılır.
Tədbirdə Universitetin Tələbə Gənclər Təşkilatının sədri Dəniz Novruzlu çıxış edərək ölkəmizdə həyata keçirilən gənclər siyasətindən və bu siyasət çərçivəsində tələbələrə göstərilən diqqətdən bəhs edib.
Sonda tələbləri maraqlandıran suallar cavablandırıb.