”Xəmsə və Nuh Yurdu” bilik yarışması

“Bizim sahibkarlıq fəaliyyətimiz” (Enactus) Beynəlxalq proqramı üzrə X milli yarışda II yerin sahibi  olmuş komanda, “Xəmsə və Nuh Yurdu” bilik yarışlarında qalib olmuş tələbələr mükafatlandırılmışdır

   Xəbər verdiyimiz kimi mayın 30-da Bakı şəhərinin “Monolit Plaza” mehmanxanasında “Bizim sahibkarlıq fəaliyyətimiz” (Enactus) Beynəlxalq proqramı üzrə X milli yarış keçirilmişdir. Həmin yarışda “Naxçıvan” Universitetinin  Enactus komandası “Bələdçim” layihəsi ilə II yerin sahibi olmuş və vitseçempion adına layiq görülmüşdür.

Bu günlərdə “Naxçıvan” Universitetində yarışda vitseçempion adını qazanmış komandaya universitet mükafatlandırılması mərasimi keçirilmişdir.Tədbiri ali təhsil ocağının tədris işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda elm və təhsilin inkişafına göstərilən qayğıdan danışmış, bu uğurun istedadlı gənc­lərə göstərilən dövlət qayğısı sayəsində qazanıldığını diqqətə çatdırmışdır.           Universitetin “Enactus” komandasının rəhbəri, İdarəetmə fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, Elbrus İsayev  tələbələrin beynəlxalq proqram üzrə X milli yarışın finalında apardığı mübarizənin əhəmiyyətindən danışmışdır.Bildirilmişdir ki,  Naxçıvan Universitetinin komandası iki layihəylə Çempionata qatılmışdı. Layihələrdən birincisi qədim xalq sənətimiz olan keçəçilik sənətinin  təbliği və yaşadılmasına xidmət edən “Güzəm” layihəsi digəri isə gözdən əlil vətəndaşlarımızın və bölgəmizə gələn turistlərin rahat hərəkətini tənzimləyən “Bələdçim ” layihəsi olmuşdur.

   Azərbaycan Ali məktəblərinin təqdim etdikləri layihələr içərisində  “Ən yaxşı sosial layihə”  üzrə Naxçıvan Universitinin “Bələdçim” layihəsi  nominasiyanın qalibi oldu.

   Tələbələr göstərilən qayğıya, onlar üçün yaradılmış şəraitə minnətdarlıqlarını bildirdilər. İbrahim Kazımbəyli “Enactus”un rəhbəri Elbrus İsayevə, komandanın kapitanına və komanda üzvlərinə kubok, diplom və mükafatları təqdim etmiş,onlara gələcək fəaliyyətlərində nailiyyətlər arzulamışdır.

   Məlumat üçün onu da qeyd edək ki, “Xəmsə və Nuh Yurdu” bilik yarışlarında qalib olmuş tələbələrdə mükafatlandırılmışdır.