“Naxçıvan” Universiteti İdarəetmə fakültəsinin tələbələri 01.12.2016 tarixində Naxçıvan MR Dövlət Rəsm Qalereyasında olub


Qalereyanın direktoru, Naxçıvan MR Rəssamlar Birliyinin üzvü Hökümə Məmmədli  tələbələri salamlayaraq qalereyanın yaranma tarixi və eksponatlar haqqında məlumat verib.
    Qeyd olunub ki, Naxçıvan Dövlət Rəsm Qalereyası 1982-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Qalereyanın yaradılmasında məqsəd muxtar respublikada yaşayıb-yaradan rəssamların müxtəlif janrlarda işlədikləri əsərlər haqda rəsm həvəskarlarına məlumat vermək, rəsm əsərlərini qoruyub saxlamaq və gələcək nəslə çatdırmaqdır.
    Bildirilib ki, hazırda qalereyanın fondunda portret, mənzərə janrlarında əsərlər, toxuma  işləri, büstlər və s. olmaqla70-dən çox rəssamın 400-ə yaxın sənət əsəri mühafizə olunur. Bunlardan 80-i ekspozisiya zalında sərgilənir. Sərgidə yerli rəssamlarla yanaşı xarici rəssamların əsərləri də yer alıb. Qalereyanın Naxçıvan diyarının tarixi-mədəniyyət abidələrini, təbiət gözəlliklərini əks etdirən, eləcə də ulu öndər Heydər Əliyevə həsr edilmiş, Azərbaycanın müstəqillik tarixini göstərən rəsm əsərlərindən ibarət guşələri gələn qonaqların böyük marağına səbəb olur.
    Xalça Muzeyi tərəfindən hədiyyə edilən, XX əsrə məxsus rəngli saplarla toxunmuş xalçalar ekspozisiyaya daha bir gözəllik bəxş edir. Qalereyada həmçinin 2012-ci ildən başlayaraq Naxçıvanda keçirilən “Naxçıvan – Bəşəriyyətin beşiyi” adlı beynəlxalq rəsm festivallarında iştirak edən xarici ölkə rəssamlarının hədiyyə etdikləri əsərlər də ayrı guşədə sərgilənir.