Naxçıvan Universitetinin beynəlxalq əlaqələri genişlənir

   "Naxçıvan" Universitetinin üç əməkdaşı rektor İsmayıl Əliyev, tədris  şöbəsinin müdiri Anar Abuzərli və layihə meneceri Elmira Hüseynova  Erasmus plus proqramı çərçivəsində həyata keçirilən "Ombudsman ofislərinin yaradılması" adlı layihənin iclasında iştirak etmək üçün Gürcüstanın Kutaisi şəhərinə səfər etmişdirlər.İclasda Finlandiya, Portuqaliya, İtaliya, Polşa, Birləşmiş Krallıq, Azərbaycan, Gürcüstan və Ukraynadan 17 universitet iştirak etmişdir. İclasda həmin  universitetlərlə danışıqlar aparılmış, layihə çərçivəsində görüləcək  işlər müzakirə edilmişdir. Həmçinin "Naxçıvan" Universitetinin tanıtım materialları iştirakçılara paylanmış və video çarx nümayiş etdirilmişdir.