15.12.2016-ci il tarixdə “Naxçıvan” Universiteti İdarəetmə fakültəsinin Maliyyə və Mühasibat uçotu və audit ixtisasının tələbələri Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin hazırlamış olduğu treninqdə iştirak etmişlər

   15.12.2016-ci il tarixdə “Naxçıvan” Universiteti İdarəetmə fakültəsinin Maliyyə və Mühasibat uçotu və audit ixtisasının tələbələri Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin hazırlamış olduğu treninqdə iştirak etmişlər.Treninqi Maliyyə Nazirliyinin əməkdaşı Elvin Həsənov açaraq demişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamı muxtar respublikadakı ali və orta ixtisas təhsili müəssisələrində müvafiq ixtisaslarda təhsil alan tələbələrin daha da yüksək səviyyədə hazırlığına, təcrübələrə yiyələnməsinə xidmət edir. Ali və orta ixtisas müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi bilikli və təcrübəli gənc kadrların hazırlanmasına böyük imkanlar yaradır. Əlbəttə ki, bütün bunlar muxtar respublika rəhbərliyinin təhsilə olan qayğısından xəbər verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına əsasən “Naxçıvan” Universitetinin Maliyyə və Mühasibat uçotu və audit ixtisasları Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinın hamiliyinə verilmişdir. Bu, muxtar respublikada maliyyə və mühasibat uçotu sahəsində kadr potensialının formalaşması, yüksək intellektli mütəxəssislərin hazırlanması və gələcəkdə iş yerləri ilə təmin olunması baxımından çox əhəmiyyətlidir.
Sonda isə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşları Elvin Həsənov və Ramil Hüseynov ixtisasa uyğun tələbələrə məlumat vermişdir.