"Naxçıvan" Universitetinin rektoru İsmayıl Əliyevin Gürcüstana səfəri olmuşdur

5-7 dekabr tarixlərində Naxçıvan Universitetinin rektoru İsmayıl Əliyev və universitetin bir qrup əməkdaşı Gürcüstana səfər etmişdir. Səfər zamanı Gürcüstanın Akaki Tsereteli və Qafqaz universitetləri rektorları ilə rəsmi görüş olmuş və İsmayil Əliyev Naxçıvanı təmsil edən hədiyyələri rektorlara təqdim etmişdir. Həmçinin görüş ərzində universitetlər arasında qarşılıqlı memarandum imzalanması haqqında razılığa gəlinmişdir. Universitetlərin gələcək əməkdaşlıq perspektivləri müzakirə edilmiş, daha da sıx əlaqələr qurmaq üçün müəyyən təkliflər irəli sürülmüşdür. Akaki Teseretelinin rektoru Qeorqe Qavtadze və Qafqaz  universitetinin rektoru Kaxa Şengelia da Naxçıvan universiteti rektoruna hədiyyələr təqdim etmiş və şam yeməyinə dəvət etmişlərdir. Naxçıvan universitetinin nümayəndə heyəti şam yeməyində Gürcüstanın milli mətbəxi, musiqisi və rəqsi ilə yaxından tanış olmuşlardır.